• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gətirilən avtomobillərə qoyulan məhdudiyyətlə bağlı xəbərdarlıq

Azərbaycana gətirilən avtomobillərə qoyulan məhdudiyyətlə bağlı xəbərdarlıq
06.08.2014 16:55
Gürcüstan Daxili İşlər Nazirliyi bu ölkədən Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.“APA-Economics”in məlumatına görə, qurumun bəyanatında bildirilir ki, Azərbaycanda “Euro-4” ekoloji standartına keçidlə əlaqədar olaraq, bu ilin avqustun 16-dan etibarən sözügedən standartın normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi zamanı gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaq. Sənədləşdirmə proseduru ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) saytında tanış olmaq olar. Məlumatda həmçinin qeyd olunub ki, yuxarıda qeyd olunan prosedur qaydaları müvafiq qanunvericiliklə tənzimlənir və onu pozan şəxslərə qarşı tədbirlər görüləcək. Qeyd edək ki, Azərbaycan “Euro-4” standartına cari ilin aprelin 1-dən keçib. Nazirlər Kabinetinin “Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Euro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə” 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Euro-4” ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların “Euro-4” ekoloji normalara uyğun olması əsas götürüləcək. Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu:

 

 

 

 

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

 

Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2

3

4

5

Avropa İttifaqına daxil

olan ölkələr, benzin *

 

1997 - 2000

 

2001 - 2004

 

2005-dən

01.10.2009-

dan

Avropa İttifaqına daxil

olan ölkələr, dizel

 

1997 - 2001

 

2002 - 2004

 

2005-dən

01.10.2009-

dan

ABŞ

1996 - 2000

2001 - 2003

2004-dən

 

 

 

 

 

 

Yaponiya

1998 - 2004

2005 - 2010

2011-dən

 

0

Çin

2004 - 2007

2008-dən

2011-dən

-

Koreya

2001 - 2002

2003 - 2005

2006-dan

-

Ukrayna, M kateqoriyalı

2006-dan

2010-dan

2014-dən

-

Ukrayna, N kateqoriyalı

2007-dən

2010-dan

2014-dən

-

Belarus

2006 - 2007

2008-dən

2014-dən

-

Özbəkistan

2007 - 2009

2010-dan

2012-dən

-

Qazaxıstan

2006 - 2011

2012-dən

2014-dən

-

Rusiya

2006 - 2007

2008-dən

2013-dən

2014-dən

Türkiyə

-

-

2009-dan

-

İran

2009-dan

-

-

-


 ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol