• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın “şimal kəməri” ilə nəql etdiyi neftin həcmi açıqlandı

SOCAR-ın “şimal kəməri” ilə nəql etdiyi neftin həcmi açıqlandı
02.04.2021 20:30
Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk neft kəməri ilə 169,45 min ton neft ixrac edib.

"Report”un "İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Federal Dövlət Büdcəsi İdarəsinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin əməliyyat məlumatlarında qeyd edilir.

Məlumatda qeyd edilir ki, 2021-ci ilin birinci rübündə "Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına neftin tranzit həcmləri 169,45 min ton təşkil edib. Mart ayında bu marşrut üzrə neftin ixracı 169,3 min ton təşkil edib.

Qeyd edilir ki, 2020-ci ilin birinci rübündə nəqletmənin həcmi 29,55 min ton olub ki, bu da ixrac həcminin illik müqayisədə 5,7 dəfə artması deməkdir.

Bu ilin yanvar ayında Azərbaycandan Novorossiysk istiqamətindən xam neftin ixracı həyata keçirilməyib. Buna səbəb SOCAR-ın bütün həcmləri Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql etməsi olub. SOCAR "şimal kəməri” ilə neftin ixracını bu ilin fevralın 15-də bərpa edib.

Xatırladaq ki, SOCAR və "Transneft” şirkəti Bakı-Novorossisysk boru kəməri ilə 2021-ci il ərzində 1 milyon ton neftin nəql ediləcəyi ilə bağlı müqavilə imzalayıblar. 2020-ci ildə SOCAR bu kəmər ilə ümumilikdə 613,29 min ton neft nəql edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol