• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ! Elektrik, su və qaz sayğacları ilə bağlı dəyişiklik təsdiqləndi

SON DƏQİQƏ! Elektrik, su və qaz sayğacları ilə bağlı dəyişiklik təsdiqləndi
02.04.2021 20:15
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Elektroenergetika haqqında”, "Qaz təchizatı haqqında”, "Su təchizatı və tullantı sualları haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Anews.az  xəbər verir ki, dəyişiklik elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində yaranan problemlərin aradan qaldırılmasını nəzərdə tutur.
Təklif edilən dəyişikliklər aşağıdakıları nəzərdə tutur:
1) enerji, su və qaz təchizat müəssisələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlamaların keçirilməsinə hüquqi əsasın yaradılması (sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı dövrdə).
Bu məqsədlə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq dəyişiklik (yoxlamaların dayandırılmasından istisna) təklif olunur;
2) sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı yoxlamaların (sayğacların göstəricilərinin oxunması) keçirilməsinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin şamil edilməsi (3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci maddələr istisna olmaqla).
3) sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı əgər sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma halları müəyyən edilərsə müvafiq yoxlama tədbirlərinin də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirilməsi, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınması.
Yoxlamalara adıçəkilən qanunun tətbiqi sahibkarların maraqlarının daha effektiv qorunmasına, yoxlayıcı ilə sahibkarlıq subyekti arasında yarana biləcək neqativ halların aradan qaldırılmasına xidmət edəcək.
Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol