Azərbaycan və Qazaxıstan miqrasiya sahəsində əməkdaşlıq barədə razılaşıb

Qazaxıstan parlamentinin aşağı palatası (Məclis) "Qazaxıstan Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Sazişin ratifikasiyası haqqında” qanun layihəsini qəbul edib.
"Report” xəbər verir ki, bu barədə məlumatı inbusiness.kz saytı yayıb.
Məlumata görə, qanun layihəsini Məclisin plenar iclasına Qazaxıstan daxili işlər naziri Yerlan Turqumbayev təqdim edib.
O çıxışında bildirib ki, bu sənəd iki ölkənin təcrübə, statistika və məlumat mübadiləsi aparmasına, qanunsuz miqrasiya və digər problemlərinin həllinə imkan verəcək. Həmçinin Qazaxıstan və Azərbaycan vətəndaşlarının hüquqi statusu müəyyən ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















