• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya şirkəti bu il üçün qızıl və mis hasilatı proqnozunu açıqladı

Britaniya şirkəti bu il üçün qızıl və mis hasilatı proqnozunu açıqladı
21.05.2021 19:30
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci il üçün hasilatı proqnozunu açıqlayıb.
"Report”un şirkətin yaydığı hesabata istinadən verdiyi məlumata görə, 2021-ci ildə şirkət yalnız mövcud mədənlərindən həyata keçirdiyi hasilatın hesabatını verəcək.

Bildirilir ki, şirkət tərəfindən hasilatın əsasən 2020-ci ildə "Uğur” mədən yatağının tükənməsi səbəbindən azalacağı proqnozlaşdırılır: "Bu səbəbdən şirkət 2021-ci il üçün 64-72 min unsiya həcmləri arasında qızıl ekvivalenti istehsal hədəfini təyin edib. Bura 54 000 unsiyaya qədər qızıl və 2 500-2 800 ton arasında mis hasilatı həcmləri daxildir.

Şirkət hesab edir ki, davam etdirilən kəşfiyyat proqramının və digər təşəbbüslərin yaxın illərdə hasilatın artmasına səbəb olacaq.

Bildirilir ki, 2021-ci il üçün bu proqnoza bərpa edilmiş müqavilə sahələrindən hasilat daxil deyil. Hazırda vəziyyət aydın olmasa da, şirkət "Vejnəli” yatağında az miqdarda da olsa filiz hasilatının həyata keçirilməsi üçün potensial mövcuddur.

 "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. "Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən "Qadir” və "Gədəbəy” yatağından 50 km aralıdakı "Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol