• $
  • €
  • ₽
  • ₺
  • £

BP hələ 30 il Azərbaycanda qalacaq - İlham Əliyev

BP hələ 30 il Azərbaycanda qalacaq - İlham Əliyev
21.05.2021 14:38
Azərbaycan və Böyük Britaniyanın "BP" şirkəti Qarabağda günəş enerjisi istehsalının yaradılmasını müzakirə edir.
 
"Məlum olduğu kimi, həm BP, həm də Azərbaycan bərpa olunan enerji mənbələri üzərində fəal işləyirlər. Azad edilmiş ərazilərdə günəş enerjisinin istehsalına investisiya planı var. Bu, bizim üçün xüsusilə Qarabağı "yaşıl zona" və "ağıllı şəhər" elan etməyimiz baxımından çox faydalı olacaq" Bu sözləri İlham Əliyev cümə günü Bakıda Böyük Britaniyanın ixrac naziri Qrehem Stüartla görüşündə deyib.

Prezident qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işlərinin həyata keçirilməsi üçün Britaniya şirkətlərini ilk xarici şirkətlər sırasında dəvət edib və bu proses artıq başlayıb.
 
Dövlət başçısı şəhərlərin baş planının artıq işlənib hazırlandığını da qeyd edib.

İlham Əliyev əlavə edib ki, Böyük Britaniyadan olan şirkətlər Azərbaycan iqtisadiyyatına $30 milyarddan artıq sərmayə yatırıblar.
 
"Bu bizə təkcə neft-qaz sənayesini inkişaf etdirməyə imkan vermir, eyni zamanda, ümumi inkişafa da kömək edir. Bu gün çox fəal əməkdaşlığımız davam edir. "BP" 30 ildir ki, bizim strateji tərəfdaşımızdır və ən azı növbəti 30 ildə də belə qalacaq, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb", - deyə Azərbaycan prezidenti bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol