• $
  • €
  • ₽
  • ₺
  • £

Birinci yarımilin gəlir və xərcləri açıqlandı

Birinci yarımilin gəlir və xərcləri açıqlandı
08.09.2021 20:45
2020-ci ilin birinci yarısı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə dövlət büdcəsinin xərcləri 1,2 faiz və ya 480,3 milyon manat az olmaqla, 11590,5 milyon manat (yarımillik proqnoza qarşı 96,0 faiz icra), gəlirləri 2,2 faiz və ya 267,8 milyon manat azalmaqla 11755,0 milyon manat (yarımillik proqnoza qarşı 96,5 faiz icra), Dövlət Neft Fondundan transfert istisna olmaqla, gəlirləri isə 11,2 faiz və ya 710,5 milyon manat artmaqla 7058,3 milyon manat icra edilib.

Anews.az  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Bildirilib ki, 2021-ci ilin ilk altı ayı ərzində qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 5891,6 milyon manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə, 650,1 milyon manat və ya 12,4 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4342,0 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 milyon manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat və ya 8,4 faiz çoxdur.
Həmin vəsaitin 73,1 faizi və yaxud 3175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 milyon manat və ya 9,5 faiz çox olub.
2021-ci ilin ilk altı ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2038,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 259,7 milyon manat və ya 14,6 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18,4 milyon manat və ya 0,9 faiz çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 4696,7 milyon manat vəsait transfert edilib, bu da proqnoza nisbətən 1403,2 milyon manat və ya 23 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 978,3 milyon manat və ya 17,2 faiz azdır.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 276,4 milyon manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 milyon manat və ya 3,8 faiz çoxdur.
2021-ci ilin ilk altı ayında sair daxilolmalar üzrə dövlət büdcəsinə 154,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza qarşı 121,4 milyon manat və ya 4,7 dəfə, 2020-ci il ilə müqayisədə isə 102,8 milyon manat və ya 3,0 dəfə çoxdur. 2021-ci ilin altı ayı ərzində dövlət büdcəsinə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 240 milyon manat vəsait tranfert olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol