• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünə necə təsir edəcək?

AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünə necə təsir edəcək?
07.10.2021 15:24
""Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlaması, növbəti mərhələdə Zəngəzur dəhlizindən digər nəqliyyat vasitələrinin istifadəsi imkanlarını artıracaq”.

Bunu "Report”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib:

"Bu gün iki ölkə arasında müxtəlif platformalarda müzakirələr aparılır. Ermənistanda seçkilər başa çatıb. Eyforiya və populizm arxa plana keçib. Ermənistan hökümətinin çıxışlarında müyyən qədər konstruktivizm sezilir. Digər tərəfədən bir müdət öncə Türkiyə Ermənistana öz hava məkanından istifadə ilə bağlı imkan yaratdı. Bütün bu faktorlar müsbətə doğru bir dinamikanın yarandığını göstərir. Bu proses getdikcə daha da dərinləşəcək. Növbəti dövrlərdə regional kommunikasiya imkanlarının şaxələndiriməsi, xüsusilə Zəngəzur dəhlizindən digər nəqliyyat vasitələrinin istifadəsi imkanlarının artması gözlənilir”.
Onun fikrincə, Naxçıvan istiqamətində açılan yeni marşrut büdcə vəsaitlərinin qənaət etməyə imkan verəcək: "Əsas iqitsadiyyatla əlaqələrdə alternativ nəqliyyat vasitlərinin az olmasından dolayı Naxçıvan istiqamətində uçuşlara kifayət qədər tələb var. Bəzi hallarda intensivlik o həddə çatır ki, gün ərzində 8 reys belə həyata keçirilə bilir. Lakin ən azından AZAL-ın hesabatları onu deməyə əsas verir ki, Muxtar Respublikaya uçuşlar zərərlidir. Buna görə də hər il dövlət büdcəsindən Naxçıvana daxili uçuşların maliyyələşdirilməsinə 10 milyon manat subsidiya ayrılır. İndiki şərtlər daxilində isə Ermənistan üzərindən uçuşlar vaxta və yanacağa qənaət etməyə imkan verəcək. Bu məqam və AZAL-ın Azərbaycan İnvestiya Holdinqinin idarəetməsinə verilməsi faktı Naxçıvan istiqamətində uçuşların təşkilindən yaranmış büdcə yükünün ləğv ediləcəyini və ya ən azından azalacağını deməyə imkan verir”.

R.Həsənli hesab edir ki, Naxçıvana uçuşlar zamanı əsasən Ermənistan üzərindən keçən marşrutdan istifadə olunacaq. "Sırf alternat yol kimi İran üzərindən keçən marşrut aktiv olaraq saxlanıla bilər. Ancaq əsasən yeni marşruta üstünlük veriləcək. Ermənistanla sosial-iqtisadi kommunikasiyaların bərpası prosesi dərinləşdikcə Naxçıvana hava nəqliyyatı ilə mülki yüklərin və sərnişinlərin daşımasının 90 %-nin məhz Ermənistan üzərindən həyata keçiriləcəyi gözlənilir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol