• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 3 manatlıq əsginaslar buraxılacaq?-RƏSMİ AÇIQLAMA

Azərbaycanda 3 manatlıq əsginaslar buraxılacaq?-RƏSMİ AÇIQLAMA
23.10.2021 11:28
Tədavüldə olan milli valyutanın nominal strukturu adekvat səviyyədədir.

Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Ölkədə 3 manatlıq əsginasların tədavülə buraxıla biləcəyi ilə əlaqədar müzakirə və məlumatlara cavab olaraq Mərkəzi Bank hazırda bu məsələnin aktual olmadığı ilə bağlı açıqlama verib.

Bildirilib ki, Mərkəzi Bank ölkənin makroiqtisadi inkişaf templərini və eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq ölkə iqtisadiyyatının nağd pulun strukturuna olan tələbini daima qiymətləndirir və onun ödənişlərə adekvatlığını mütəmadi olaraq təhlil edir.
Nəticə olaraq, hazırda tədavüldə olan milli valyutanın nominal strukturunun iqtisadiyyatın bütün seqmentlərinin tələbinin ödənilməsi və ödənişlərin həyata keçirilməsi üçün adekvat səviyyədə olduğu, eləcə də beynəlxalq səviyyədə qəbul olunmuş təcrübəyə tam uyğun olduğu məlumat verilib.
 
7 fevral 2005-ci il tarixli "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmana uyğun olaraq 2006-cı ildən etibarən tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb.
Yeni nümunəli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.
2021-ci il yanvarında isə dizaynı və mühafizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. (oxu.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol