• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda büdcə gəlirlərinin 55 %-i neft sektoru hesabına formalaşacaq

Azərbaycanda büdcə gəlirlərinin 55 %-i neft sektoru hesabına formalaşacaq
05.11.2021 14:35
Gələn il Azərbaycanın dövlət büdcəsində gözlənilən 26 milyard 816 milyon manat gəlirin 14 milyard 690 milyon manatı və yaxud 54,8 %-i neft sektorunun, 12 milyard 126 milyon manatı və yaxud 45,2 %-i isə qeyri-neft sektorunun hesabına formalaşacaq.

Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bunlar, bu ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə müvafiq olaraq 6,6 % və 4,1 % çoxdur.

Büdcənin neft gəlirlərinin 12 milyard 710 milyon manatını və yaxud 86,5 %-ni Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 1 milyard 980 milyon manatını və yaxud 13,5 %-ni isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək. O cümlədən gələn il SOCAR-ın büdcə ödənişləri 1 milyard 350 milyon manat, Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi ödəmələri isə 630 milyon manat təşkil edəcək.

Büdcənin qeyri-neft gəlirlərinin isə 6 milyard 840 milyon manatı və yaxud 56,4 %-i vergi orqanlarının xətti ilə daxilolmalar, 4 milyard 260 milyon manatı və yaxud 35,1 %-i gömrük orqanlarının xətti ilə daxilolmalar, 1 milyard 026 milyon manatı və yaxud 8,5 %-i isə digər gəlirlər olacaq.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol