• $
  • €
  • ₽
  • ₺
  • £

"Ağıllı kənd"lərin yaradılması üçün investorların cəlb edilməsində maraqlıyıq"

"Ağıllı kənd"lərin yaradılması üçün investorların cəlb edilməsində maraqlıyıq"
15.11.2021 13:29
"Zəngilan rayonunun Ağalı kəndində yaradılan"Ağıllı kənd" layihəsi ilk pilot layihə idi, bununla yanaşı qarşımızda çoxsaylı layihələr durur".
 
Anews.az xəbər verir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyəv Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.
 
Onun sözlərinə görə, Azərbaycan "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri əsasında Qarabağı bərpa edir: "Bir müddət öncə Azərbaycan vəTürkiyə prezidentləri Zəngilan rayonunun Ağalı kəndində yaradılan "Ağıllı Kənd" ilə tanış olublar. Bu layihələrin urbanizasiya məsələsindən başlayaraq bütün istiqamətləri, hər bir elementi investorlar üçün potensial investisiya şəraitidir.
 
Bütün kənd yaşıl və alternativ enerji üzərində qurulub. Biz bu istiqamətdə investorların cəlb edilməsində maraqlıyıq. İnfrastruktur layihələri, tullantıların idarə edilməsi, "Ağıllı kənd" təsərrüfatı istiqamətində işlərin görülməsinə investorları dəvət edirik. Əminik ki, məhz işğaldan azad edilmiş ərazilərdə "ağıllı" kəndlərin, "ağıllı" şəhərlərin yanında müvafiq aqrar emal sahələrinin, infrastrukturun qurulmasında sahibkarlar üçün şərait yarada biləcəyik".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol