• $
  • €
  • ₽
  • ₺
  • £

Bu təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişdi

Bu təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişdi
15.11.2021 19:23
Nazirlər Kabineti "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Anews.az  xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb. 

Sənədə əsasən, peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib.

 Qərarda deyilir: 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il
5 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4,
maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918; 2018, № 11,
maddə 2432, № 12 (II kitab), maddə 2741; 2019, № 4, maddələr 735,
762, № 8, maddə 1480; 2020, № 3, maddə 339, № 5, maddə 650;
2021, № 5, maddə 509) ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil,
orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli
Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin
təyin olunması və ödənilməsi Qaydası”nın 3-cü hissəsi aşağıdakı
redaksiyada verilsin:

"3. Peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin
olunması və ödənilməsi
3.1. Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil
almalarından asılı olmayaraq, peşə təhsili müəssisələrinin əyani
təhsilalma forması üzrə təhsil alan tələbələrinə təqaüd onların aralıq
qiymətləndirmə (yarımil) nəticələrinə görə verilir.
3.2. Hər tədris ili üçün peşə təhsili müəssisələrində ixtisaslar
üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət
hesabına təhsilalanların sayına bərabər qəbul edilir.
3.3. Hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, aralıq
qiymətləndirmənin yekun nəticələrinə əsasən ən yüksəkdən başlayan
sıralamaya uyğun növbəti yarımildə təqaüd alacaq tələbələrin siyahısı
müəyyən edilir.
3.4. Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər
yarımil üzrə (birinci tədris ilinin birinci yarımili istisna olmaqla) aralıq
qiymətləndirmənin yekun nəticələrinə əsasən modullar (fənlər) üzrə
göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:
3.4.1. ilk və texniki peşə təhsili səviyyələri üzrə:
3.4.1.1. modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət
şkalasına (2, 3, 4, 5) əsasən "5” olan tələbələrə "əlaçı” təqaüdü;
3.4.1.2. modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət
şkalasına (2, 3, 4, 5) əsasən "4” və "5” olan tələbələrə "həvəsləndirici”
təqaüdü (bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi
"5” olmalıdır);
3.4.1.3. modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət
şkalasına (2, 3, 4, 5) əsasən "3” - "5” olan tələbələrə "adi” təqaüd
verilir;
3.4.2. yüksək texniki peşə təhsili səviyyəsi üzrə:
3.4.2.1. modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə
(0-100 bal) əsasən 91-100 bal olan tələbələrə "əlaçı” təqaüdü;
3.4.2.2. modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə
(0-100 bal) əsasən 71-100 bal olan tələbələrə "həvəsləndirici” təqaüdü
(bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi 91 baldan
yuxarı olmalıdır);
3.4.2.3. modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə
(0-100 bal) əsasən 51-100 bal olan tələbələrə "adi” təqaüd verilir.
3.5. Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan
tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı   olduğu halda, birinci tədris ilinin ikinci yarımilində ümumi orta və tam
orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə
etdiyi nəticə və ya orta ixtisas təhsili müəssisələrinə ümumi orta və
tam orta təhsil bazasında qəbul imtahanından topladığı bal, sonrakı
yarımillərdə isə əvvəlki yarımildəki aralıq qiymətləndirmənin nəticəsi
yüksək olan tələbəyə üstünlük verilir.
3.6. Təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyənləşdirilərkən,
təqaüdlərin müəyyən edilmiş sayı müvəffəq qiymət
alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri pedaqoji
şuranın qərarı ilə digər ixtisaslar üzrə təhsil alan və həmin yarımildə
aralıq qiymətləndirmə üzrə yekun nəticəsi yüksək olan tələbələrə
növbəti yarımilədək verilir.
3.7. Aralıq qiymətləndirmənin yekun nəticələrinə görə çoxballı
sistem üzrə 50 baldan və ya 5 ballıq qiymət şkalası üzrə "3”-dən aşağı
qiymət almış peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdün
verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün
verilməsi bərpa olunur.
3.8. Xəstəliyə və digər üzrlü səbəblərə görə aralıq qiymətləndirmədə
iştirak etməyən tələbələrə akademik borcların ləğvi üçün
ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir.
3.9. Akademik borca görə təkrar kursda saxlanılan və təhsillərini
müvəqqəti olaraq dayandıran tələbələrə təkrar təhsil ili dövründə
təqaüd ödənilmir.
3.10. Peşə təhsili pilləsinin ilk və texniki peşə təhsili
səviyyələrinə dövlət vəsaiti hesabına qəbul olunan tələbələrə müvafiq
fənlər üzrə attestat qiymətlərinin orta göstəricisi "4,5” və daha çox
olduqda, birinci tədris ilinin birinci yarımilində "əlaçı”, digər halda isə
"adi” təqaüd verilir.
3.11. Tam orta təhsil bazasından qəbul olunan və ilk peşə təhsili
səviyyəsi üzrə təhsil alan tələbələrə müvafiq fənlər üzrə attestat
qiymətlərinin orta göstəricisi "4,5” və daha çox olduqda, birinci tədris
ilinin birinci yarımilində "əlaçı”, digər halda isə "adi” təqaüd verilir.
3.12. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili
səviyyəsi üzrə:
3.12.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə
məzunların buraxılış imtahanında əldə etdikləri nəticələrə əsasən
peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrə həmin
imtahanlarda topladıqları qiymətlərin orta göstəricisi "4,5” və daha çox   olduqda, birinci tədris ilinin birinci yarımilində "əlaçı”, digər halda isə
"adi” təqaüd verilir;
3.12.2. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və
tam orta təhsil bazasında qəbul imtahanında əldə etdikləri nəticələrə
əsasən peşə təhsili müəssisələrinə qəbul olunan və imtahan verilən
fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çoxunu
toplayan tələbələrə birinci tədris ilinin birinci yarımilində "əlaçı”,
digərlərinə isə "adi” təqaüd verilir.
3.13. Təkrar olaraq eyni peşə təhsili səviyyəsində təhsil alan
tələbələrə dövlət hesabına təqaüd verilmir.”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol