• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin sonuna ÜDM-nin 8 %-i nisbətində profisit gözlənilir

Bu ilin sonuna ÜDM-nin 8 %-i nisbətində profisit gözlənilir
16.11.2021 14:21
Bu ilin sonuna Azərbaycanın tədiyə balansının cari hesabında ümumi daxili məhsulun (ÜDM) 8 %-i nisbətində profisit gözlənilir.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, nəticədə strateji valyuta ehtiyyatları cari ilin son dövründə 5,4 % artaraq 53,5 milyard ABŞ dolları, proqnozu üstəliyərək ÜDM-nin 113 %-ni təşkil edib və valyuta bazarında tarazlıq müşahidə olunur.

Bu ilin I yarısında Azərbaycanın tədiyə balansının ümumi qalığı 1 milyard 261,3 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 957,5 milyon ABŞ dollarlıq kəsir yaranmışdı.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 878,4 milyon ABŞ dollarlıq qalıq (illik müqayisədə 3,1 dəfə çox), kapital hesabındakı 4,6 milyon ABŞ dollarlıq kəsir (40,3 % az), maliyyə hesabındakı 578,5 milyon ABŞ dollarlıq kəsir (39 % az), balanslaşdırıcı maddələr üzrə 34 milyon ABŞ dollarlıq kəsir (17,6 dəfə az) hesabına formalaşıb.

Yanvar-iyununda tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib. Bu dövrdə xam neftin orta qiyməti 58 ABŞ dolları/barel olub, qeyri-neft ixracı isə 20 % artıb.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol