• $
  • €
  • ₽
  • ₺
  • £

“Spiker Sahibə Qafarova istəsə Səfər Mehdiyevlə söhbətimizin audioyazısını təqdim edə bilərəm...''

“Spiker Sahibə Qafarova istəsə Səfər Mehdiyevlə söhbətimizin audioyazısını təqdim edə bilərəm...''
14.12.2021 13:02
 "İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı  bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”, - haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab olaraq verdiyi açıqlamada belə deyilir.Jurnalist təəssüfləndiyini bildirib ki, onu və haqqin.az saytını hansısa intriqalara cəlb etmək istəyirlər.
 
E.Fətullayev məmurları və deputatları açıq siyasətə və səmimiliyə çağırıb.
 
Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ona zəng vurduğunu, müsahibədəki fikirlərinin təhrif olunduğunu və haqqin.az saytına müsahibəsində bəzi deputatları "işbaz" adlandırmadığını deyib, fikirlərinin "təhrif olunduğuna görə” təəssüfləndiyini bildirib.
"Səfər Mehdiyev mənə zəng vurdu və təəssüflə qeyd etdi ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. O dedi ki, müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tuturdu”, - Sahibə Qafarova belə deyib.




Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol