• $
  • €
  • ₽
  • ₺
  • £

“Qırmızı ürəklər” Fondunun 1 yaşı tamam oldu!

“Qırmızı ürəklər” Fondunun 1 yaşı tamam oldu!
20.12.2021 10:55
Çoxsaylı xeyirxah əməllər həyata keçirən, indiyədək minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkənin bütün regionlarını əhatə edən "Qırmızı Ürəklər” ("Red Hearts”) Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 1 ili tamam oldu. Bununla bağlı 16 dekabr 2021-ci il tarixində "Four Seasons” otelində tədbir keçirildi.
 
Tədbirdə PAŞA Holdinqin və Kapital Bank-ın rəhbər şəxsləri, millət vəkilləri, donorlar, xaricdə yaşayan həmvətənlərimiz, fondun üzvləri, əməkdaşları və könüllüləri iştirak edirdi. Tədbirdə çıxış edən "Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva fondun fəaliyyət istiqamətləri, gördüyü işlər, hesabatlar və gələcək planlar barədə ətraflı məlumat verdi. Həmçinin fondun ən fəal üzvləri xüsusi sertifikatlarla təltif edildi.


İndiyədək fond tərəfindən uşaq evlərində və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, regionlarda kütləvi ağacəkmə tədbirləri, sahilyani ərazilərdə təmizlik işləri, heyvan sığınacaqlarında dəstək aksiyaları keçirilib. "Qırmızı Ürəklər” fəaliyyətə başladığı gündən 2500 nəfərdən artıq donor tərəfindən, 300-dən artıq könüllülərin iştirakı ilə 2 milyon 200 min AZN məbləğində vəsait 15 mindən artıq insana ianələr şəklində xərclənib. 
 
44 günlük Vətən Müharibəsi zamanı və sonrakı dövrdə qazi ailələrinin uzun və qısamüddətli himayəyə alınması, şəxsin və ailə üzvlərinin təhsil xərclərinin qarşılanması, müalicəsi, birdəfəlik və çoxsaylı pul və ərzaq yardımlarının paylanması, məişət və tibbi xərclərinin qarşılanması, ev şəraitinin yaxşılaşdırılması və yeni evlərin tikilməsi işləri də həyata keçirilib. Bundan başqa birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında "Vətən Bağı” layihəsini həyata keçirilib. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir. 


Tədbirin rəsmi hissəsi bitdikdən sonra məşhur müğənnilər Sevda Ələkbərzadə, Zamiq Hüseynov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva və Miriyusif çıxış edərək "Qırmızı Ürəklər”i ad günü münasibətilə təbrik etdilər. 


Qeyd edək ki, "Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. Xeyriyyə işlərinə ianələr etmək istəyənlər vəsaiti sayt vasitəsilə, heç yerə getmədən onlayn formada fondun hesabına köçürə bilərlər.







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol