• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika və Portmanat open banking sahəsində növbəti bir ilkə imza atdılar!

Bank Respublika və Portmanat open banking sahəsində növbəti bir ilkə imza atdılar!
28.12.2021 18:10
Bakı, 28 dekabr 2021. Ölkəmizin aparıcı rəqəmsal banklarından biri olan Bank Respublika, öz müştərilərinə Open banking layihəsi çərçivəsində Portmanat elektron pulqabı sistemi üzərindən ödəniş əməliyyatları apara bilmək imkanı yaradıb.

Ölkənin 2 məhşur ödəmə portalı ilə start verilən Open banking layihəsi Portmanat ilə yeni bir mərhələyə qədəm qoyub. Belə ki, daha öncə Bank Respublika müştəriləri Hesab.az və Epul onlayn ödəniş platforması üzərindən Open Banking xidməti sayəsində öz şəxsi hesablarını izləmək və hesab tarixçələrini nəzərdən keçirmək imkanı əldə etmişdilər. 

Layihənin yeni mərhələsində isə, artıq Bank Respublika müştəriləri Portmanat elektron pulqabı sistemi üzərindən nəinki öz şəxsi hesablarını izləmək, eləcə də ödəniş əməliyyatları apara bilmək imkanı qazanıblar. Bu yenilik ilə Bank Respublika müştəriləri sadəcə banka aid rəqəmsal platformalar vasitəsilə deyil, eləcə də Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz olaraq ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Xidmətdən yararlanmaq üçün Portmanat saytı, yaxud mobil tətbiqində Bank Respublika hesabının məlumatlarını əlavə etmək kifayətdir.

"İlk öncə, Open Banking platforması üzərindən müştərilərimizə yeni imkanlar yaradan Portmanat şirkətinin rəhbərliyinə və bütün komandasına təşəkkür etmək istərdim. Qeyd etmək istərdik ki, Portmant bu sahədə əməkdaşlıq etdiyimiz ilk şirkətdir və bir ildən artıq davam edən birgə layihəmizin nəticəsində müştərilərimiz artıq Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Əminəm ki, bu layihə fintex şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişləndirərək ölkədə maliyyə sektorunun rəqəmsal transformasiyası prosesində keyfiyyətcə yeni mərhələ olacaqdır. Bank Respublika olaraq gələcəyin rəqəmsal bankçılığın mühüm bir hissəsi olacaq Open Banking-in ölkəmizdə inkişaf etdirilməsi sahəsində bundan sonra da yeni töhfələr verməyə davam edəcəyik.”. - deyə "Bank Respublika”nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov qeyd edib.

"Ölkəmizin ən təcrübəli və innovativ banklarından olan Bank Respublika rəhbərliyinə Open Banking sahəsində ilk tərəfdaş kimi Portmanatı seçdiyi üçün təşəkkürümü bildirirəm. Ümid edirik hazırda dünyada banklar arasında ən yeni texnologiyalardan sayılan Open Banking hər iki tərəfə və xüsusilə də müştərilərimizə faydalı olacaq, xidmətlərimizə əlavə dəyər qatmış olacaqdır. Eyni zamanda digər bankları da bu sahədə aktiv olmağa çağırırıq" - deyə Portmanat şirkətinin qurucusu Telman Axundov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsindən və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür. 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol