• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib
25.01.2022 16:00
Azercell-in dəstəyilə fəaliyyət göstərən xidmətə ötən il 5300-ə yaxın müraciət daxil olub
 
On bir ildən artıqdır ki, "Azercell Telekom” MMC-in, UNİCEF Azərbaycanın və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti yarandığı gündən müxtəlif problemlərlə üzləşmiş uşaqlara kömək edir. Qeyd edək ki, bu illər ərzində xidmətə 53000-dən çox müraciət daxil olub. 
 
Bu müddət ərzində qurulan uğurlu əməkdaşlığın indiki səviyyəsini müzakirə etmək və gələcək konturlarını müəyyənləşdirmək məqsədilə "Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, şirkətin Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya və digər nümayəndələri ilə "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və sədri Nabil Seyidov arasında görüş keçirilib. Görüşdə gələcək planlar müzakirə olunub, daha fərqli istiqamətlərdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Sonda "Azercell Telekom” MMC "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətini dəstəkləməklə uşaqların hüquqlarının qorunmasında uzunmüddətli töhfəyə və əməkdaşlığa görə "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. 
 
"Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin təqdim etdiyi hesabata əsasən mərkəzə 2021-ci il ərzində müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı 5300-ə yaxın zəng edilib. Bunlardan 1471-i təhsil, 1036-sı hüquqi, 822-si psixoloji, 606-sı səhiyyə, 501-i sosial və digər məsələlərlə bağlı zənglər olub. Müraciət edənlərə əsasən telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə fərdi və qrup terapiyaları həyata keçirilib. Həmçinin ailələrdə psixoloji və fiziki zorakılıq halları ilə bağlı 414 müraciət daxil olub. Bu müraciətlərin hər biri ilə əlaqədar ailələrlə iş aparılıb, hüquqi məsləhətlər verilib. 
İl ərzində qaynar xəttə daxil olmuş müraciətlərin araşdırılması və müvafiq yardımların göstərilməsi məqsədilə mərkəz tərəfindən müxtəlif təşkilatlara 364 məktub ünvanlanıb. Bəzi müraciətlərin ətraflı araşdırılması məqsədilə 81 ailə mərkəzə dəvət olunub, onların uşaqları ilə 263 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Daxil olan müraciətlərə əsasən bir sıra ailə və məktəbə təcili-təxirəsalınmaz səfər təşkil edilib. 
 
"Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyəti yalnız zənglərin cavablandırılması ilə bitmir. Eyni zamanda, hər il əhalinin məlumatlılığının artırılması, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir. Ümumilikdə, 2021-ci il ərzində maarifləndirmə tədbirlərinə 1500-dən çox uşaq cəlb olunub.
 
"Uşaq Qaynar Xətt”inə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,  +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçtu, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və "uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol