• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-da qəza vəziyyətinin idarə olunması ilə bağlı təlim-məşq keçirilib

SOCAR-da qəza vəziyyətinin idarə olunması ilə bağlı təlim-məşq keçirilib
31.01.2022 19:01
SOCAR-ın Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzində  üçüncü səviyyəli təlim-məşq toplanışı keçirilmişdir. Mərkəzin yaradılmasından sonra keçirilən ilk bu tipli təlim-məşq toplanışında  "Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə yüksək təzyiqli qaz xəttində ehtimali qəza vəziyyəti simulyasiya olunub. "Qəza” ilə bağlı məlumatlandırıldıqdan dərhal sonra SOCAR rəhbərliyi  Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzində toplanmış,  15 dəqiqə ərzində situasiya şirkət rəhbərliyinin tam nəzarəti altına alınmışdır. . Təlimdə simulyasiya olunmuş qəzanın fəsadlarının aradan qaldırılması şirkət rəhbərliyinin nəzarəti və rəhbərliyi altında məşq olunmuşdur.

SOCAR-ın neft-qazçıxarma əməliyyatlarının böyük hissəsinin dənizdə həyata keçirildiyi, dəniz əraitində isə insanların təxliyəsinin təşkil olunmasının və qəzanın lokallaşdırılmasının mürəkkəbliyi nəzərə alınaraq təlimin məhz dəniz platforması əməliyyatçıları ilə koordinasiyalı şəkildə  keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Ssenarisi bir neçə istiqamətdə mürəkkəbləşmiş formatda icra olunan  təlim-məşqlərin məqsədi  baş verə biləcək real hadisələr zamanı daha hazırlıqlı olmaq, çatışmazlıqları müəyyən etmək və idarəetmə prosesini təkmilləşdirməkdir. Analoji təlimlərin devizi bundan ibarətdir ki, qəza baş verəndə, əsas prioritet insan həyatının qorunmasına, sonra isə ətraf mühit, reputasiya və aktivlərin itirilməməsi ilə bağlı risklərin idarə olunmasına yönəldilməlidir. Bu kimi tədbirlərin keçirilməsi SƏTƏMM sisteminin təkmilləşdirilməsi istiqamətində atılmış növbəti addımdır. Praktik təlimlərin keçirilməsi bu sahədə  rol və məsuliyyətlərin düzgün müəyyən olunmasına, koordinator və komissiya üzvlərinə vahid komanda şəklində sistemli işləmək, baş verə biləcək real təhlükələr zamanı çevik yanaşma və doğru qərarlar çıxarmaq kimi vərdişlərin aşılanmasına xidmət edir. Təlimin hava, dəniz və qurudan müdaxiləni özündə ehtiva etməsi də dəniz əməliyyatlarının spesifikasına uyğun seçilmişdir.

SOCAR-ın kəşfiyyat, hasilat, nəql və emal sahələri də daxil olmaqla, bütün biznes seqmentləri üzrə yüksək təhlükə potensiallı quru və dəniz obyektlərində bu cür təlim-məşqlərin illik qrafik-plan üzrə keçirilməsi planlaşdırılır. Təlim-məşq toplanışlarının mütəmadi keçirilməsi SOCAR üzrə SƏTƏMM sahəsində aparılan islahatların vacib tərkib hissəsidir. Bu sahədə dayanıqlığı təmin etmək, beynəlxalq standartlara uyğunlaşmaq, transmilli şirkətlərin təcrübəsini öyrənmək və tətbiq etmək məqsədilə yeni layihələr işlənilir, sənəd və prosedurlar hazırlanır və müasir sənayedəki tələblərlə uzlaşdırılır. Şirkətin strukturuna daxil olan qurumlarda baş verə biləcək fövqəladə hadisələrin idarə edilməsi, fövqəladə hallara strateji cavab tədbirlərinin təşkili məqsədilə SOCAR-da "Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarə Olunması Planı” işlənib hazırlanmışdır. Eyni zamanda SƏTƏMM sisteminin rəqəmsallaşdırlması üzrə işlər davam etdirilir.

Xüsusi qeyd olunmalıdır ki, SOCAR-ın biznes vahidlərində əməliyyatlar zamanı təhlükəsizliyin artırılması, işçilərin sağlamlığının təmin edilməsi, ətraf mühitə mənfi təsirlərin minimallaşdırılması, SƏTƏMM  mədəniyyətinin yüksəldilməsi və işçilərin sosial rifahının inkişaf etdirilməsinin təmin olunması  məqsədilə SOCAR-da "Hədəf Sıfır” proqramı işlənib hazırlanmışdır. "Hədəf Sıfır” işin bütün səviyyələrində təhlükəsizlik, sağlamlıq, ətraf mühit və rifahın dörd ölçüsünü birləşdirən preventiv yanaşma nümayiş etdirən çevik yanaşma konseptidir və istənilən kontekstdə mənfi təsirlərin qarşısının alınması üçün xüsusi təhlükəsizlik, sağlamlıq və ya rifah prioritetlərinə uyğunlaşdırıla bilir.

Qeyd edək ki, Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzinin yaradılması dünya neft-qaz sənayesindəki aparıcı şirkətlərin təcrübəsinə əsasən həyata keçirilmiş, Mərkəz qabaqcıl texnoloji avadanlıqla təchiz edilmişdir. Norveçin "Equinor” şirkəti ilə əməkdaşlıq sazişi çərçivəsində burada vaxtaşırı olaraq SOCAR-ın korporativ SƏTƏMM sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədilə müasir tələblərə cavab verən təlim-məşqlər keçirilir.
                               

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol