• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ-92 benzin idxal rüsumundan niyə azad olunub? - AÇIQLAMA

Aİ-92 benzin idxal rüsumundan niyə azad olunub? - AÇIQLAMA
31.01.2022 14:53
Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1000 litr üçün gömrük rüsumu 15 %-dən 0%-ə endirilib. Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Fevralın 1-dən tətbiq ediləcək güzəştlər iyunun 1-dək qüvvədə qalacaq.
 
Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi bu növ benzinin qiymətinə təsir edə bilərmi?
 
İqtisadçı ekspert Asif İbrahimovun sözlərinə görə Aİ 92 markalı benzinin rüsumlardan azad edilməsi xərclərin nisbətən azaldılmasına görədir.
 
"Azərbaycanda neft və neft məhsullarının emal olunmasının maya dəyəri çox yüksəkdir. Biz neft və neft məhsullarının emalı üçün xammalı avropa ölkələrindən idxal edirik. İdxal edərkən də müəyyən xərclər yaranır. Xərclərdə müəyyən artımlar yaranıb.Bu cür xərclərin fonunda ötən il Tarif Şurasının qərarı ilə benzinin qiymətində 2 dəfə bahalaşma oldu. Bəzi strateji məhsullar var ki, onların qiymətini Tarif Şurası qəbul edir. Aİ 92 markalı benzinin rüsumlardan azad olunması sadəcə bu benzin qiymətinin ölkədə stabil saxlanmasına hesablanıb. Xərcləri nisbətən azaltma zərərlə işləmələrinin qarşısını alıblar.Onsuz da Aİ-92 markalı benzinin maya dəyəri yüksəkdir. Sadəcə bununla ortadakı qiymətləri tənzimləyəcəklər", deyə Asif İbrahimov bildirib. 
 
Ekspert Natiq Cəfərli fikrincə isə , Aİ 92 benzinin rüsumdan azad olunması qiymətlərin azalması üçün deyil, əksinə qiymət artımının qarşsını almaq üçün atılan bir addımdır.
 
"Azərbaycanda Aİ-92 markalı benzinin qiymətini Tarif Şurası tənzimləyir. Bu vergilərdən və rüsumlardan asılı məsələ deyil. Qiymətlərdə heç bir ucuzlaşma olmayacaq. Səbəb isə başqadır. Aİ-92 benzinin yerli istehsalı xeyli azalıb. İndi Neftqayırma zavodunda da iyun ayına qədər təmir işləri olacaq. Yenidən Aİ-92 markalı benzinin istehsalı azalacaq.Biz bu növ benzini ölkəyə əsasən Rusiyadan idxal edəcəyik. Dünya bazarında neftin qiyməti ilə əlaqədar qonşu ölkədə də qiymətlər də artır. Rusiyada benzinin qiymətlərini dövlət tənzimləmir ,bazar tənzimləyir və Azərbaycan şirkətləri əsasən "SOCAR" bazar qiymətləri ilə həmin benzini alıb satışa çıxarır. Orda da qiymət artıdığından gömrük rüsumlarının 15 faizdən 0-a, aksiz vergisini isə 200 manatdan 1 manata endirdilər ki, daxildəki bazarda qiymət artımına getməsinlər", deyə Natiq Cəfərli bildirib.
 
Tarif Şurasının qərarı ilə 2021-ci il yanvarın 4-dən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol