• $
  • €
  • ₽
  • ₺
  • £

BP autizmlə bağlı qabaqcıl beynəlxalq bilik və təcrübələri Azərbaycana gətirir

BP autizmlə bağlı qabaqcıl beynəlxalq bilik və təcrübələri Azərbaycana gətirir
08.02.2022 14:07
BP "Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından Azərbaycanda autizmlə bağlı məsələlərin həlli ilə məşğul olacaq.

BP bu yönümdə səyləri birləşdirəcək yerli mütəxəssis təcrübəsinin yaradılması məqsədli layihəyə dəstək verir. Layihə Heydər Əliyev Fondu tərəfindən yaradılmış və yeni istifadəyə verilmiş Autizm Mərkəzinə dəstək çərçivəsində həyata keçirilir.


2021-ci ilin mart ayında başlamış layihənin ilk mərhələsində bir qrup yerli autizm mütəxəssisinə və bütün ölkəyə autizmlə bağlı xidmətlər göstərmək üçün Heydər Əliyev Fondu tərəfindən yaradılan yeni Autizm Mərkəzinin işçi heyətinə təlimlər keçilib.


BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki: "İnanırıq ki, Autizm Mərkəzinin yaradılması autizmlə bağlı bütün məsələləri cəmləşdirərək cəmiyyət olaraq birlikdə onların həll olunması istiqamətində çox önəmli bir addımdır. BP və tərəfdaşları öz səylərini Heydər Əliyev Fondunun səyləri ilə birləşdirərək autizmlə bağlı problemlərin həlli üçün hazırkı beynəlxalq tendensiyalar, müasir qlobal metodologiyalar və innovativ yanaşmalar üzrə güclü milli təcrübənin formalaşmasında Mərkəzə dəstək verməkdən məmnundur. Ümid edirik ki, Fond və bütövlükdə cəmiyyət ilə sıx işləyərək, autizmlə bağlı problemlərin həllinə yanaşmanı dəyişdirə və bununla da bir çox autizmli insanların - uşaqların və böyüklərin həyatını dəyişə bilərik”.


Layihə çərçivəsində 10 yerli autizm mütəxəssisinə təlimlərin keçilməsi və onlara beynəlxalq sertifikatların verilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq səviyyədə tanınmış ən müasir proqramlar əsasında keçirilir.


Layihəyə həmçinin 60 yerli mütəxəssisdən ibarət bir qrupa autizm spektr pozuntularının əsasları, diaqnostika, müdaxilə, təhsil, terapiya, reabilitasiya, idarəetmə, hesabatların hazırlanması və ehtiyacların qiymətləndirilməsi kimi mövzularda təlimlər də daxildir.


Bundan əlavə, layihə çərçivəsində autizmli insanların öz sosial və karyera bacarıqlarını inkişaf etdirmələri üçün kiçik biznes davamlılığı laboratoriyası yaradılacaq və təxminən 40 nəfər autizmli insanın gələcək həyatlarında uğurlu nəticələr əldə etməsi üçün onların özünüinkişaf və biznes planları hazırlamasına kömək göstəriləcək.


Layihədə həmçinin seçilmiş beynəlxalq tədris və metodiki materialların Azərbaycan dilinə tərcüməsi vasitəsilə beynəlxalq biliklərin ötürülməsi, Autizm Mərkəzi üçün ixtisaslı kadrların hazırlanması və autizmlə əlaqəli məsələlərin daha yaxşı başa düşülməsinə və cəmiyyətdə inklüziv düşüncə və davranışın gücləndirilməsinə yardım etmək üçün bir sıra ictimai maarifləndirmə kampaniyalarının təşkili də nəzərdə tutulur.


Layihənin müddəti 20 aydır və dəyəri təxminən 415 000 manat (244 000 ABŞ dolları) təşkil edir.


Layihə "Birgə və Sağlam” İctimai Birliyi tərəfindən icra olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol