• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell yeni Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini istifadəyə verir

Bakcell yeni Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini istifadəyə verir
30.04.2014 14:02
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz müştərilərini ən yüksək keyfiyyətli şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə yeni Müştəri Təcrübəsinin İdarə edilməsi sisteminə sərmayə yatırır. Şirkəti şəbəkə fəaliyyətində mövcud olan çatışmazlıqların intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həll edilməsi zamanı proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına imkan verən yeni mərhələyə qədəm atdı.Bakcell dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkəti olan Huawei ilə əməkdaşlıq çərçivəsində xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni sistem yaradacaq. Bu sistem xidmətin keyfiyyətinin təkmilləşdirilməsi, əməliyyat effektivliyinin artırılması və biznesin davamlı inkişafı üçün müştəri məmnuniyyətinin yüksəldilməsində Bakcell şirkətinə kömək edəcək.Son illərdə “Bakcell”in strateji diqqəti şirkətin müştərilərə təqdim etdiyi bütün şəbəkə texnologiyaları və xidmətlərində müştəri təcrübəsinin və məmnuniyyətinin artırılmasına yönəlib. Bakcell şirkəti müştərilərini yüksək səviyyəli təcrübə və ən üstün xidmət keyfiyyəti ilə təmin etmək məqsədilə son-istifadəçi təcrübəsinin idarə edilməsinə sərmayə yatırır.“Effektiv əməliyyat transformasiyası vasitəsilə Bakcell müştəri təcrübəsinin idarə edilməsi sisteminə qoyulan sərmayələrdən istifadə edərək müştəri təcrübəsini daim diqqət mərkəzində saxlayaraq Azərbaycanın telekommunikasiya bazarının liderinə çevriləcək”, - deyə Bakcell şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib.Huawei SmartCare® sistemi multi-ölçülü səs və data xidmətlərinin qiymətləndirilməsi ilə yanaşı real vaxt rejimində E2E multi-vendor şəbəkə keyfiyyətinin monitorinqini və təhlili mühitini təmin edir. Bu sistem Əsas Keyfiyyət Göstəricisi (ƏKG), VIP xidmət imkanları, korporativ istifadəçilər üçün Xidmət Səviyyəsinə dair Razılaşma, rouminq təhlili, şikayətlərin emalında yardım və GSM/UMTS/LTE şəbəkələri üçün digər əlavə funksiyaları təqdim edir.“Huawei Bakcell şirkətinin SmartCare® həllini seçdiyinə görə olduqca məmnundur və biz inanırıq ki, öz müştərilərini ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməkdə Bakcell şirkətinə köməklik edəcəyik”, - deyə Huawei Azərbaycan nümayəndəliyin baş direktoru, Quo Xiaobing bildirib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol