• $
  • €
  • ₽
  • ₺
  • £

"Yelo Bank"dan gələcək İT mütəxəssisləri üçün təcrübə qazandıran proqram

"Yelo Bank"dan gələcək İT mütəxəssisləri üçün təcrübə qazandıran proqram
15.04.2022 14:47
İT sahəsi sürətlə inkişaf edir və bu sahə üzrə mütəxəssislərə tələb hər gün daha da artır. Əgər siz də özünüzü və gələcək karyeranızı İT sahəsində görürsünüzsə, "Yelo Bank" ASC-nin yeni layihəsi məhz sizin üçündür. "Yelo IT Lab” proqramı dinamik və potensial gənclərə həm İT sahəsini öyrədəcək, həm real təcrübə qazanmaq imkanı yaradacaq.

İstedadlı və motivasiyalı son kurs tələbələri və universiteti yeni bitirmiş məzunlar bu tədris-karyera proqramına qoşula bilərlər. Proqramda iştirak etmək üçün heç bir təcrübə tələb olunmur. Proqram maliyyə, İT üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik "GNI Software" şirkətilə birgə həyata keçirilir. 3 aylıq proqram çərçivəsində "Yelo Bank"ın və İT həlləri üzrə ixtisaslaşmış "GNI Software" şirkətinin peşəkar əməkdaşları tərəfindən təlimlər keçiriləcək. Təlim sonrası isə Bankın komandası ilə "Agile" metodologiyasında real iş mühiti ilə tanış olacaqlar. Proqramının sonunda seçilmiş iştirakçılar "Yelo Bank"da işlə təmin olunacaq.

"Yelo IT Lab” proqramında iştirak etmək üçün tələb olunan meyarlara uyğun namizədlər 28 aprel, 2022 tarixinə kimi https://bit.ly/ylpsdcv linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Hər kəsə uğurlar!

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! "Yelo Bank" vakansiya elanları ilə rəsmi veb-saytda tanış ola bilərsiniz.

"Yelo Bank" – Parlaq bankçılıq!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol