• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın aparıcı ölkələrundə inflyasiya rekord həddə çatıb

Dünyanın aparıcı ölkələrundə inflyasiya rekord həddə çatıb
04.05.2022 21:53
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələrdə istehlak qiymətləri 2022-ci ilin martında 8,8% bahalaşıb. Fevral ayında bi göstərici 7,8%, 2021-ci ilin martında isə 2,4% idi. 

İƏİT-nin verdiyi məlumta görə, bu,  1988-ci ilin oktyabrından bəri ən yüksək artım tempidir. 

Ötən aydan əvvəlki ayda ikirəqəmli inflyasiya göstəriciləri təxminən hər beş ölkədən birində qeydə alınıb, qiymətlərdə ən ciddi artım Türkiyədə  61,1% səviyyəsində olub.

İƏİT ölkələrində enerji xərcləri martda 33,7% (fevralda 26,6% olub) yüksəlib ki, bu da 1980-ci ilin mayından bu yana rekord göstəricidir. Ərzaq qiymətləri martda 10% bahalaşıb, halbuki fevralda ərzağın 8,7% bahalaşdığı qeydə alınmışdı. 

Təşkilat bildirib ki, ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətləri (baza inflyasiya) martda 5,9% artıb. Fevralda bu rəqəm 5,6% idi. 

İstehlak qiymətlərinin sürətləndirilmiş artımı bütün G7 ölkələrində qeydə alınıb, ən əhəmiyyətli sıçrayış Almaniyada olub (fevralda 7,3%-ə qarşı martda 5,1% təşkil edib). Yaponiyada qiymətlər ən az nəzərəçarpacaq dərəcədə artıb. Bu ölkədə bahalaşma  martda 1,2%, fevralda isə  0,9% olub. 

Avrozonada inflyasiya (HICP indeksi) martda 7,4%, fevralda 5,9% olub. 

Avropa İttifaqının Statistika İdarəsinin ilkin qiymətləndirməsi apreldə HICP-nin artım tempinin 7,5%-ə, baza inflyasiyasının isə 3,5%-ə qədər sürətləndiyini proqnozlaşdırır.

1961-ci ildə yaradılmış İƏİT dünyanın ən inkişaf etmiş 37 ölkəsini özündə birləşdirən aparıcı iqtisadi təşkilatlardan biridir. Hazırda Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kolumbiya, Latviya, Litva, Lüksemburq, Meksika, Hollandiya, Yeni Zelandiya, Norveç, Polşa daxildir, Portuqaliya, Slovakiya, Sloveniya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Çexiya, Çili, İsveçrə, İsveç, Estoniya, Cənubi Koreya və Yaponiya bu təşkiatın üzvüdür. 

İƏİT-nin baş qərargahı Parisdə yerləşir.


N.Təbrizli


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol