• $
  • €
  • ₽
  • ₺
  • £

"Etilen-Polietilen" zavodunun modernləşdirilməsi gələn il başa çatacaq

"Etilen-Polietilen" zavodunun modernləşdirilməsi gələn il  başa çatacaq
13.05.2022 14:37
SOCAR-ın "Azərikimya” İstehsalat Birliyi "Etilen-Polietilen" zavodunun modernləşdirilməsini 2023-cü ilin birinci rübündə başa çatdırmağı planlaşdırır.Bu barədə zavodun direktoru Oqtay Niftəliyev məlumat verib.

"2016-cı ildən zavodun modernləşdirilməsi üzrə işlər aparılır və 2021-ci ildə bu işlərin əsas mərhələsi başa çatıb. Bəzi yeni texnoloji qurğular, yeni sobalar, çənlər və xammalın saxlanması üçün anbarlar tikilib. Zavodun modernləşdirilməsi müəssisənin 100% avtomatlaşdırılması ilə 2023-cü ilin birinci rübündə tam başa çatdırılacaq”, - Niftəliyev bildirib.

O, həmçinin deyib ki, yeni yüksək gərginlikli yarımstansiyanın tikintisi və mövcud su soyutma sisteminin genişləndirilməsi layihələri son mərhələdədir. 

"Bu obyektlərin istifadəyə verilməsi bu ilin ikinci rübündə nəzərdə tutulub”, - deyə o vurğulayıb.

Niftəliyev onu da qeyd edib ki, 2022-ci ilin üçüncü rübündə müəssisədə elektrik enerjisi istehsalını iki dəfə artıracaq əlavə buxar turbin generatorunun istifadəyə verilməsi planlaşdırılır. 

"Bu layihə üzrə irəliləyiş 98% təşkil edir. Onun həyata keçirilməsi stansiyada Buxar Generator Kompleksinin layihə gücünü 32 MVt/saatdan 65 MVt/saata yüksəldəcək və özünü elektrik enerjisi ilə tam təmin edəcək. Hazırda stansiyanın 18 MVt/saat səviyyəsində elektrik enerjisinə olan tələbatı Sumqayıt elektrik şəbəkəsi hesabına təmin edilir”, - deyə Niftəliyev bildirib.

Zavodun baş mühəndisinin yeni avadanlıq və modernləşdirmə üzrə müavini Samir Səlimlinin sözlərinə görə isə,  modernləşdirməyə qədər zavodun etilen istehsalı üzrə gücü ildə 100-110 min ton, propilen istehsalı üzrə 60-65 min ton olub. 

"Modernləşdirmədən sonra zavodun gücü bəzi məhsullar üzrə iki dəfə, bəziləri üzrə üç dəfə artıb. Propilen istehsalı ildə 187 min tona, etilen istehsalı isə 190 min tona çatıb. Bununla belə, bu günlərin birində biz etilen hasilatını ildə 210 min tona çatdırmaq üçün avadanlıqların sınaqdan keçirilməsinə başlayacağıq”, - deyə Səlimli vurğulayıb.

O qeyd edib ki, sınaqların nəticələri etilen istehsalını müəyyən edilmiş həcmə çatdırmaq üçün problemlərin olub-olmadığını və avadanlıqların dəyişdirilməsinin zəruriliyini göstərəcək.

N.Təbrizli

 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol