• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Laçın və Kəlbəcərdə yanacaq doldurma məntəqəsi açacaq

SOCAR Laçın və Kəlbəcərdə yanacaq doldurma məntəqəsi açacaq
09.06.2022 17:30
Laçın və Kəlbəcərə təssərrüfatla bağlı gedən insanlar yanacaq problemi ilə üzləşir. Bu barədə hüquqşünas Ərşad Hüseynov öz sosial hesabında məlumat verib.
 
"Artıq həmin rayonlara yüzlərələ təsərrüfat adamı qayıdıb və bu proses davam edir. Onların əksəriyyətinin yük və minik avtomobilləri var. Laçın və Kəlbəcərdə isə hazırda avtomobil yanacağının pərakəndə satışını həyata keçirən heç bir məntəqə (YDM) yoxdur. İnsanlarımız xeyli əziyyət çəkirlər. Orada inşaat və quruculuq işləri ilə məşğul olan şirkətlər öz texnikaları üçün yanacaq gətirirlər və təbii ki, onu satmırlar. Ordumuz da mülki insanları yanacaqla təmin edə bilməz. Ona görə də təcili surətdə bu problem həll edilməlidir. Hələlik ən azından əsas təhlükəsizlik qaydalarına riayət etməklə həmin rayonların hərəsinə 1-2 yanacaq çənli avtomobil (səyyar YDM) göndərmək və dədə-baba qaydasında (hətta lazım gəlsə vedrələrlə) ehtiyacı olanlara yanacaq satışını təmin etmək lazımdır", - hüquqşünas yazıb.
 
Məsələ ilə bağlı deputat Vüqar Bayramlı bildirib ki, həmin ərazilərdə bir sıra ölkələrdə fəaliyyət göstərən səyyar yanacaqdoldurma məəntəqlərindən  istifadə etmək olar.
 
"Bir sıra ölkələrdə bu pratika var. Bu da onunla bağlıdır ki, həmin yanacaqdoldurma məntəəqələri nisbətən az məskunlaşmış ərazilərdə quraşdırlıb.Bu pratikanı işğaldan azad olunmuş ərazilərdə də tətbiq etmək olar. Belə olan halda şirkətlər az investisya yatırmaqla həm gəlir əldə edə, həm də vətəndaşların yanacaqdoldurma problemini  həll edə biləcəklər", - millət vəkili vurğulayıb.
 
İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda səyyar yanacaqdoldurma ilə bağlı xidmətlər daha əvvəl olub və bunu yenidən bərpa etmək olar.
 
"Həmin ərazilərdə ilk öncə təhlükəsizlik məsələləri həllini tapmalıdır. İqtisadiyyata və ictimai həyata qayıtmaq o ərazilərdə hələlik mümkün deyil. Minaların təmizlənməsi tam başa çatmalıdır. İstisna hal kimi isə səyyar yanacaqdoldurma məntəqələrindən istifadə etmək olar. Azərbaycanda bu pratika daha əvvəl olub. Bu kifayət qədər asan məsələdir və Azərbaycanda səyyar xidmət göstərilməsi üçün həmin avadanlıqlar da var", - ekspert bildirib.
 
Məsələ ilə bağlı SOCAR-dan bildirdilər ki, "SOCAR PETROLEUM" QSC Kəlbəcər və Laçına yanacaq təminatı istiqamətində işlərə start verib.
 
"Həmin rayonların ərazilərinə baxış keçirmək məqsədilə xüsusi nümayəndə qrupu ezam edilib. Kəlbəcər və Laçında ilkin olaraq iki ədəd modul tipli yanacaqdoldurma məntəqəsinin (YDM) quraşdırılması nəzərdə tutulur. Həmin YDM-lərdə dizel və benzin tipli yanacaq növlərinin satışı planlaşdırılır. Əlavə olaraq hazırda Şuşa və Ağdam şəhərlərində iki ədəd modul tipli YDM fəaliyyət göstərir", - SOCAR mətbuat xidmtindən bildirilib. 
 
Həmin mənbənin verdiyi məlumata görə, SOCAR-ın  artıq Şuşa və Ağdamda modul tipli YDM fəaliyyət göstərir. 
 
Səyyar yanacaqdoldurma məntəqələrinin qoyulması ilə bağlı bir neçə yanacaqdoldurma məntəqəsi ilə əlaqə saxladıq. 
 
"Azpetrol" şirkətindən bildirildi ki, hazırda "Azpetrol” şirkəti tərəfindən Suqovuşan kəndi ərazisində  modul tipli səyyar yanacaqdoldurma məntəqəsinin quraşdırılması gündəmdədir. İşğaldan azad olunmuş digər ərazilərdə həm səyyar, həm stasionar tipli yanacaqdoldurma məntəqələrinin planlaşdırması üzrə  işlər davam edir.
 
"Merd" petrol şirkətindən isə məsələyə münasibət olaraq qeyd olundu ki, hazırda onların şirkəti bir yerdə xidmət göstərdiyi üçün belə bir xidmətin göstərilməsi gündəmdə deyil. Lakin onlara hər hansı bir təklif olunarsa onu dəyərləndirə bilərlər.
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol