• $
  • €
  • ₽
  • ₺
  • £

Elektron daşıyıcılar vasitəsilə aparılan əməliyyatların sayı artıb - Zakir Nuriyev

Elektron daşıyıcılar vasitəsilə aparılan əməliyyatların sayı artıb - Zakir Nuriyev
16.06.2022 10:01
Azərbaycanda 2022-ci ilin yanvar-aprelində  elektron daşıyıcılar vasitəsilə aparılan bank əməliyyatlarının həcmi ötən ilin uyğun dövrü ilə müqayisə 7% artıb. Bunu  Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev "Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisindəki çıxışında deyib.

Onun sözlərinə görə, 2022-ci ilin 4 ayında aparılan bank əməliyyatların 69%-i elektron daşıyıcılar vasitəsi ilə həyata keçirilib və 6 milyard manata çatıb. 2021-ci ildə bu göstərici 4,3 milyard manat təşkil edib. 

"Bu sahədə xüsusilə  pandemiyadan sonra canlanma müşahidə olunur. Əgər 2021- ci ildə  elektron ödənişlər 4,3 milyard manat təşkil edirdisə bu ilin ancaq ilk 4 ayında  bu rəqəm 6 milyard manata çatıb.  Cari ildə banklarda aparılan öməliyyatların sayca 75 %-i, həcm baxımından isə 40 %-i nağdsız hesablaşamların payına düşür", - Nuriyev bildirib. 
 
Onun sözlərinə görə, 2022-ci ilin aprelində bank kartlarından elektron ticarətdə istifadə 2,8 dəfə artıb.

"Bu ilin aprelinin sonuna  bank kartlarının sayı 2 milyon ədəd yaxud 22 % artaraq 11,9 milyon ədədə çatıb. Nağdsız ödənişlərin genişlənməsinə səbəb ölkədə bu sahədə hüquqi baxımdan şəraitin genişlənməsi olub. Məsafədən bank hesablarının açılmasına şəraitin yaraıdlmasını buna misal gətirmək olar",  - Nuriyev vurğulayıb. 

 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol