SOCAR-ın ümumi dövriyyəsi 56,3% artıb - HESABAT

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub. Şirkətin ümumi dövriyyəsi 56,3% artaraq 77,5 milyard manata çatıb. Bu barədə qurumun rəsmi saytı yazıb.
Sənədə görə, gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib.
"Petkim və STAR NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb. 2021-ci ildə "Petkim” və STAR NEZ-də istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 92,6% və 100,8%-ə yüksəlib. Bununla yanaşı, "SOCAR Polymer” və "SOCAR Karbamid” zavodlarının ümumi istehsal həcmi müvafiq olaraq 44% və 197,3%, ixrac gəlirləri isə 152% və 11 dəfədən çox artıb. Müəssisələrin istehsal əməliyyatlarında tətbiq edilən rəqəmsal texnologiyalar əməliyyat effektivliyinin və gəlir marjalarının yüksəlməsinə əhəmiyyətli təsir göstərib", - o deyib.
Hesabat ilində SOCAR-ın cari aktivləri 31,1% artaraq 23,9 milyard manata çatıb, cari öhdəlikləri isə 1,6% azalaraq 20,3 milyard manatadək azalıb. Şirkətin ümumi aktivləri 8,1%-lik artımla 69,4 milyard manata yüksəlib.
SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. SOCAR-ın cəmi kapitalı 3,8% artaraq 22,75 milyard manata, nağd pul vəsaitləri isə 46,5% artaraq 9 milyard manata yüksəlib.
SOCAR dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir.
Ləman Qasımova
www.anews.az
























