• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Enerji menecment sisteminə dair tələblər” təsdiq edilib

Azərbaycanda “Enerji menecment sisteminə dair tələblər” təsdiq edilib
20.08.2022 13:46
Nazirlər Kabineti "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” 9 iyul 2021-ci il tarixli qanunun tətbiq edilməsi barədə” ölkə prezidentinin 20 avqust 2021-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə "Enerji menecment sisteminə dair Tələblər”i təsdiq edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi ilə birgə enerji menecment sisteminə dair beynəlxalq standartın (İSO 50001 "Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”) dövlət standartı kimi təsdiqi ilə bağlı müvafiq tədbirlər görməlidir.

"Enerji menecment sisteminə dair tələblər” təsərrüfat subyektlərində enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan enerji menecment sisteminin tətbiqi ilə bağlı tələbləri müəyyən edir.

Təsərrüfat subyektləri enerji effektivliyi üzrə aşağıdakı tədbirləri həyata keçirə bilər:

- enerji resurslarından səmərəli istifadə sahəsində prioritet, məqsəd və hədəflərin müəyyən edilməsi;
- enerji istehlakı vərdişlərinin yaxşılaşdırılmasına, enerjidən səmərəsiz istifadənin qarşısının alınmasına yönəldilmiş tədbirlərin müəyyənləşdirilməsi, təşviqi və bu sahədə işçilərin bilik və məlumatlılıq səviyyəsinin artırılması üçün təlimlərin təşkili;
- enerji istehlak edən sistemlər, texnoloji proseslər və ya avadanlıqlar üzərində aparıla biləcək modifikasiyaların müəyyənləşdirilməsi və tətbiqi;
- enerji istehlak edən avadanlıqların səmərəliliyinin monitorinqi, texniki xidmət və kalibrləmənin vaxtında həyata keçirilməsi;
- enerji tələbatı və səmərəlilik artırıcı tətbiqlər üzrə planlaşdırmanın həyata keçirilməsi və buna uyğun xərc-fayda təhlilinin aparılması;
- enerji istehlakı və xərclərinin monitorinqi, qiymətləndirilməsi və dövri hesabatların hazırlanması;
- enerji istehlakının izlənməsi məqsədilə ölçmə vasitələri ilə təmin edilmə, quraşdırma və vaxtlı-vaxtında kalibrlənmənin aparılması;
- enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı üzrə göstəricilərin monitorinqi və təkmilləşdirmə ilə bağlı təkliflərin hazırlanması;
- istehlak edilən enerji resursunun əvəz edilməsi və bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının araşdırılması, ətraf mühitin qorunması, zərərli emissiyaların azaldılması və emissiya hədlərinin aşılmaması ilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- enerji təchizatında kəsinti halları üçün alternativ planların hazırlanması.

Enerji effektivliyi tədbirləri onları həyata keçirən təsərrüfat subyektlərinin ölçüsündən, fəaliyyət sahəsindən, təqdim etdiyi məhsul və xidmətlərdən, texnoloji proseslərin mürəkkəbliyi və onların qarşılıqlı əlaqəsindən, habelə işçi heyətin səriştəsindən asılı olaraq müxtəlif ola bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol