• $
  • €
  • ₽
  • ₺
  • £

Brent markalı neftin bir barel üçün orta qiyməti bu ilin 6 ayında nə qədər olub?

Brent markalı neftin bir barel üçün orta qiyməti bu ilin 6 ayında nə qədər olub?
22.08.2022 12:27
Brent markalı neftin bir barel üçün orta qiyməti 2022-ci ilin I yarısında təqribən 105 ABŞ dolları olub ki, bu da 2021-ci ilin orta qiymətindən (70.9 ABŞ dolları) 49% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının rəsmi saytı yazıb.
 
Beynəlxalq Valyuta Fondunun  son hesabatında neftin 1 barelinin 2022-ci ildə ortalama 103.9 ABŞ dolları (aprel proqnozu 106.8 ABŞ dolları), 2023-cü ildə 91.1 ABŞ dolları (aprel proqnozu 92.6 ABŞ dolları) səviyyəsində olacağı proqnozlaşdırılır.

2022-ci ilin 6 ayında qaz qiymətlərində yüksək dalğalanma baş vermişdir. Avropada təbii qazın qiyməti mart ayında 1000 kub metr üçün 2000 ABŞ dollarını ötmüşdür. ABŞ bazarında təbii qazın qiymətinə Avropa və Asiya arasında maye qaz ehtiyatlarının artırılması uğrunda gedən mübarizə də təsir göstərir.
 
ABŞ Enerji İnformasiya Administrasiyasına (EİA) görə geosiyasi risklərin təsiri, OPEC++ ölkələrinin neft hasilatının hədəf səviyyəsindən aşağı olması və qlobal neft ehtiyatlarında azalma neft qiymətlərinin kəskin artmasına səbəb olub. 
 
"Pandemiya dövründən bəri tədarük xətlərinin hələ də tam bərpa olunmaması və geosiyasi gərginliyin artması daşınma- logistika xərcləri vasitəsilə dünyada inflyasiya təzyiqlərinə təsir etməkdə davam edir. Nyu-York Federal Ehtiyat Sistemi tərəfindən hesablanan Qlobal Təchizat Zəncirinin Təzyiq İndeksinin son vaxtlar müəyyən qədər azalmasına baxmayaraq, hələ də yüksək səviyyədə qalması təchizat zəncirindəki yüksək maneələri göstərir", - AMB məlumatında deyilib.
 
BVF-nin son hesabatına əsasən qlobal risklər əsas etibarilə Avropada gərginləşən geosiyasi və geoiqtisadi vəziyyət, Şərqi Asiyada artım tempinin səngiməsi və ABŞ-da resessiya təhlükəsi nəticəsində artmışdır. Ümumilikdə, bu risklər aşağıdakı kimi təsnifləşdirilir:

Enerji qiymətlərinin artması ilə qlobal inflyasiyanın yüksəlməsi;
 
Artan inflyasiya şəraitində iqtisadi artımın zəifləməsi - staqflyasiya riski;

Mərkəzi bankların sərt monetar qərarlarının iqtisadi aktivliyə neqativ təsirləri;

İEOÖ-lərdə borclanma xərclərinin artması;

 Artan beynəlxalq qütbləşmə, enerji qiymətləri və ərzaq çatışmazlığı fonunda sosial iqtisadi çətinliklər.
 
BVF son hesabatında bir sıra siyasət təkliflərini nəzərə almağı tövsiyə edir. Qeyd edilir ki, yüksələn inflyasiya ilə mübarizədə siyasət qərarları qəbul edərkən sosial cəhətdən həssas təbəqələrin müdafiəsinə diqqət edilməlidir. Monetar sərtləşmənin kapital bazarlarına mənfi təsirlərini nəzərə alaraq makroprudensial siyasət qərarları ilə uzlaşdırma çox vacibdir.  Xarici şokların çevik valyuta məzənnəsi ilə absorbsiya edilməsinin mümkün olmadığı hallarda mərkəzi banklar müdaxilələrə hazır olmalıdırlar.

Ləman Qasımova































www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol