• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan nefti Azərbaycan ərazisindən ixrac edilə bilər - energetika naziri

Qazaxıstan nefti Azərbaycan ərazisindən ixrac edilə bilər -  energetika naziri
25.08.2022 17:53
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Qazaxıstan neftinin ixracı üçün ən sərfəli marşrut olaraq qalır, lakin neft hasilatının artırılması planları fonunda alternativ marşrutlar nəzərdən keçirilir. Bunu  Qazaxıstanın energetika naziri Bolat Akçulakov bildirib.


"Bu gün CPC Qazaxıstan neftinin daşınması və ixracı üçün ən sərfəli marşrutdur. Əsas vəzifə iqtisadi artım üçün vacib və əhəmiyyətli olan Qazaxıstan neftinin ssabit və fasiləsiz nəqlini təmin etməkdir", - nazir cümə axşamı keçirilən mətbuat konfransında bildirib.


O əlavə edib ki, Qazaxıstan yaxın iki ildə neft hasilatını hazırkı 85,7 milyon tondan 103-107 milyon tona çatdıracaq.


"Belə bir vəziyyətdə biz əlavə həcmlərin nəqlinin mümkünlüyü barədə düşünməli,  başqa marşrutları nəzərdən keçirməliyik. Bu, mövcud neft kəməri ilə Çinə daşınmaların artmasıdır. Neftin bir hissəsinin Xəzər dənizi vasitəsilə Azərbaycana göndərilməsi məsələsi texniki məsələdir və söhbət hansısa böyük həcmdə daşımalardan deyil, bizim həyata keçirə biləcəyimiz artıq həcmlərin bir hissəsinin nəqlindən gedir”, - o əlavə edib.


Nazirin sözlərinə görə,  prioritet CPC-nin fasiləsiz  işləməsi  olaraq qalır və paralel olaraq artan hasilatla bağlı alternativ marşrutlar nəzərdən keçirilir.


"KazMunayQaz”ın (KMG) İqtisadiyyat və Maliyyə İdarə Heyətinin sədr müavini Dauren Karabayev isə bildirib ki, Qazaxıstan neftin Azərbaycan ərazisindən nəqli ilə bağlı danışıqlar aparır.  


"Azərbaycan tərəfi ilə neftin nəqli ilə bağlı müxtəlif səviyyələrdə, o cümlədən dövlət və milli şirkətlər səviyyəsində müzakirələr aparılır. Təfərrüatlar hələ də razılaşdırılmalıdır", - Karabayev cümə axşamı brifinqdə deyib.


O qeyd edib ki, Azərbaycanın iki neft kəməri var -  Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa. Bu kəmərlərdən Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər.


Daha əvvəl KİV mənbələrə istinadən xəbər verib ki, Qazaxıstan bu ilin payızında BTC ilə hər il 1,5 milyon ton neft nəql etməyi planlaşdırır. Avqustun sonunda KazMunayQaz və Azərbaycan Dövlət Neft Şirkəti arasında müvafiq müqavilə imzalana bilər və bir aydan sonra BTC ilə Qazaxıstan neftinin nəqlinə başlanacaq. 


İldə daha 3,5 milyon ton Qazaxıstan neftinin 2023-cü ildə Azərbaycanın digər boru kəməri ilə Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanına nəqli başlaya bilər.


"KazMunaiGas” neft-qaz sənayesində dövlətin maraqlarını təmsil edən karbohidrogenlərin kəşfiyyatı, hasilatı, emalı və nəqli ilə məşğul olan Qazaxıstanın milli operatorudur.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol