• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın statistika sistemi tamamilə avtomatlaşdırılacaq

Azərbaycanın statistika sistemi tamamilə avtomatlaşdırılacaq
15.04.2014 21:05

Statistika sistemində elektron sənəd dövriyyəsi sisteminin modernləşdirilməsi, elektron arxivin yaradılması həyata keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu məlumat Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin “Elektron statistikanın və vahid informasiya sisteminin inkişafı istiqamətləri” məqaləsində əksini tapıb. Komitə sədri məqaləsində qeyd edir ki, statistika orqanları üçün əsas çağırış məlumatların idarə olunmasından məlumatların və metaməlumatların idarə olunmasına, keyfiyyətin layihələndirilməsindən onun idarə olunmasına, müşahidələrin formalaşdırılmasından onun layihələndirilməsinə və nəticələrin nəşrinədək bütün proseslərin İKT əsasında avtomatlaşdırılmasına nail olmaqdır. A.Vəliyev həmçinin bildirir ki, İKT sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, infrastrukturun inkişafı, informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin gücləndirilməsi, proqramlaşdırma alqoritmlərinin optimallaşdırılması və standartlaşdırılması, interfeysin intuitiv anlaşılan olmasının təmin olunması, elektron yığım və statistik hesabatların emalı sisteminin davamlılığı və məhsuldarlığının yüksəldilməsi üçün onun fəaliyyətinə məsul olan serverlərin inkişaf etdirilməsi, arxivləşmə və məlumatların saxlanması prosesinin əvvəlcədən təyin olunan müəyyən vaxtda dövri seanslar şəklində avtomatik, tam proqram, diferensial arxivləşmə və daşıyıcılarda məkana qənaət etmək üçün məlumatların sıxılması rejimlərini dəstəkləməsi, məlumat arxivlərinə girişin nizama salınması, informasiyanın arxivləşdirilməsi prosedurunun tam avtomatlaşdırılması daim diqqətdə saxlanılacaq. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün milli strategiya”nın müddəalarına uyğun olaraq, dövlət statistika orqanlarında İKT-nin tətbiqinin daha da genişləndirilməsi, effektiv və şəffaf idarəetmənin təkmilləşdirilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması mümkün olacaq.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol