• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Tech Akademiyası mobil tərtibatçılıq üzrə yeni proqramlar elan edir

ABB Tech Akademiyası  mobil tərtibatçılıq üzrə yeni proqramlar elan edir
26.09.2022 16:02
ABB-nin yaratdığı ABB Tech Akademiyası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’Technest’’ təqaüd proqramı çərçivəsində mobil tərtibatçılıq istiqaməti üzrə yeni proqramlara qeydiyyatın başlandığını elan edir. Proqramlardan 2-si müvafiq sahədə işə yeni başlayanlar üçün nəzərdə tutulmuş "iOS development fundamentals” və "Android development fundamentals” istiqamətlərinə aiddir. Digər 2 proqram isə "iOS development advanced” və "Android development advanced” istiqamətlərini əhatə edir. Müvafiq istiqamətlər üzrə Akademiyada təhsil almaq istəyən şəxslər elektron müraciətlərini buradan göndərə bilərlər. Son müraciət tarixi 16 oktyabra qədərdir.

ABB Tech Akademiyasında indiyə qədər 17 istiqamət üzrə ümumilikdə 500-dən çox tələbə təhsil alıb. Məzunların təxminən 80%-i Azərbaycanın aparıcı şirkətlərində, eləcə də ölkə xaricində müxtəlif texnoloji şirkətlərdə işlə təmin olunublar. Proqrama İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, bp və onun tərəfdaşları dəstək verir. Yüksək nəticə göstərmiş tələbələrə tam və qismən təqaüd qazanmaq imkanı yaradılır. 
Tədrisi beynəlxalq təcrübəli mütəxəssislər ən qabaqcıl tədris metodikası əsasında həyata keçirir. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, təqdimat və layihələrini inkişaf etdirmək bacarıqlarının təkmilləşdirilməsinə də təkan verir.

"Technest” təqaüd proqramı 2021-ci ilin sentyabrından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən ölkədə İKT üzrə peşəkar kadr ehtiyatının formalaşdırılması, İKT kadr bankının yaradılması və rəqəmsal savadlılığın artırılması məqsədilə həyata keçirilir. Hazırda 800 gənc ‘’Technest’’ təqaüd proqramının məzunudur. 2022-2023-cü tədris ilində Bakı şəhəri və regionlar əhatə olunmaqla daha 2000 gəncin təqaüd proqramı çərçivəsində təhsil alması planlaşdırılır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol