• $
  • €
  • ₽
  • ₺
  • £

TAP-n gücünün iki dəfə artırılacağı tarix açıqlanıb - RƏSMİ

TAP-n gücünün iki dəfə artırılacağı tarix açıqlanıb - RƏSMİ
12.10.2022 13:09
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) gücü 2027-ci ilin sonuna kimi 20 milyard kubmetr qaza qədər artırılacaq, TAP AG boru kəməri şirkətinin idarəedici direktoru Luka Şippati bildirib.

"TAP-ın imkanlarının genişləndirilməsi 2027-ci ilin sonuna qədər baş tutacaq. Bu, yeni borular çəkilmədən və İtaliyada yeni işə ehtiyac olmadan, yalnız Yunanıstan və Albaniyada yeni kompressorlar quraşdırmaq yolu ilə həyata keçiriləcək”, - Şippati bildirib. 
 
Onun sözlərin görə,  TAP AG qaz istehsalçıları və Cənub Qaz Dəhlizinin (CQD) operatorları ilə birlikdə TAP qaz kəmərinin ötürücülük qabiliyyətini ildə 20 milyard kubmetrə çatdırmaq planını dəstəkləyir və bu  İtaliyaya, o cümlədən Avropaya əlavə qaz həcmləri nəql etməyə imkan verəcək. 

Eyni zamanda Şipattinin fikrincə,  2023-24-cü illərin qışına hazırlıq çərçivəsində TAP-ın genişləndirilməsi üzrə işlərə artıq başlanmalıdır.

"TAP artıq İtaliyanı yeni marşrutla yeni qaz mənbəyi ilə təmin edir və ötən il verilən qazla  müqayisədə ümumi tədarükün 60%-dən çox artması ilə ölkənin tələbatının 14%-dən çoxunu ödəyir", - deyə TAP AG-nin icraçı direktoru bildirib.

Şippati əlavə edib ki, 2022-ci ildə Azərbaycan qazının TAP qaz kəməri ilə Avropaya nəqli 11 milyard kubmetr həcmində qiymətləndirilir.

Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara ixracı  2020-ci il dekabrın 31-dən başlayıb. Qaz kəməri "Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində Avropaya ildə 10 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onu iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.  Qaz kəməri "Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində Avropaya ildə 10 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onu iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

Ümumilikdə, 2022-ci ildə Azərbaycan qazının ixracının həcmi 22-23 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) təşkil edəcək. Eyni zamanda, Azərbaycan hakimiyyəti 2022-ci ildə Avropaya 11,5 milyard kubmetr qaz ixrac etməyi planlaşdırdığını açıqlayıb.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol