• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Türkiyəyə qeyri-neft ixracını 12,4%, Rusiyaya isə 2,7% artırıb

Azərbaycan  Türkiyəyə qeyri-neft ixracını 12,4%, Rusiyaya isə 2,7% artırıb
31.10.2022 15:56
2022-ci ilin yanvar-sentyabrdaının yekunlarına görə, Azərbaycandan qeyri-neft ixracı 2,1 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir.  

Mərkəzin məlumatına görə, ixracın strukturunda əsas həcm karbamidin - 163,5 milyon dollar (artım 3,3 dəfə), xam pambıq - 147,1 milyon dollar (azalma 1,6%), pomidorun - 134,3 milyon dollar (artım 4,8 faiz), qızıl - 128,3 milyon dollar (azalma 18,9%), metanol - 104 milyon dollar (artım 2,1 dəfə), ilkin polipropilen - 72,4 milyon dollar (azalma 16,7%), fındıq - 70,7 milyon dollar (artım 26,4%) , xüsusi çəkisi 0,94-dən az olan ilkin forma polietilen - 70,6 milyon dollar (azalma 1,8%), polimerləşmədə ilkin forma maddələri - 65 ,5 milyon dollar (27,4 faiz artıb) olub.

Azərbaycanın qeyri-neft məhsullarının ilk beş idxalçı ölkəsi bunlardır -  Rusiya - 602,2 milyon dollar (artım 2,7%), Türkiyə - 511,6 milyon dollar (artım 12,4%), Gürcüstan - 144,6 milyon dollar (artım 2,7%),  İsveçrə - 136,3 milyon dollar (azalma 21,7%), ABŞ - 63,8 milyon dollar (artım 16,4%).
 
Qeyri-neft məhsullarının ixracının 24,3 faizi Türkiyə, 28,7 faizi isə Rusiyanın payına düşüb.

2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi rekord həddə - 2,7 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 47,2% çoxdur.
 
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara yüksələcək. 

N.Təbrizli
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol