• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici ticarət əlaqələrinin STATİSTİKASI açıqlanıb

Xarici ticarət əlaqələrinin STATİSTİKASI açıqlanıb
14.11.2022 13:55
2022-ci ilin 9 ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunmuş, 164 ölkədən idxal olub. Bu barədə Dövlət Statistika komitəsindən məlumat verilib.
 
2022-ci ilin yanvar-sentyabrında ölkənin xarici ticarət dövriyyəsi 41256,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 30962,9 milyon dollarını və ya 75,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10293,3 milyon dollarını (24,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 20669,6 milyon dollar məbləğində müsbət saldo yaranıb.
 
2021-ci ilin 9 ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,9 faiz, real ifadədə 9,1 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,1 faiz artıb.
 
2022-ci ilin yanvar-sentyabrında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə 5,8 faiz artaraq 2116,8 milyon dollar təşkil etmişdir.
 
Ölkənin xarici ticarət dövriyyəsinin 37,2 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,4 faizi Rusiya, 4,0 faizi Hindistan, 3,8 faizi Çin, 3,5 faizi İsrail, 2,8 faizi Yunanıstan, 2,4 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Almaniya, Çexiya və Xorvatiya, 1,5 faizi Gürcüstan, hər biri 1,4 faiz olmaqla İspaniya və Portuqaliya, 1,3 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla ABŞ və Vyetnam, hər biri 1,0 faiz olmaqla İsveçrə, Qazaxıstan və Tunis, 12,8 faizi isə digər ölkələr ilə aparılmış ticarətin payına düşüb.

 Aytac


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol