• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın xarici ticarətdə müsbət saldosu $23 milyard dollar təşkil edib - VİDEO

Azərbaycanın xarici ticarətdə müsbət saldosu $23 milyard dollar təşkil edib - VİDEO
16.11.2022 12:59
2022-ci ilin yanvar-oktyabrında Azərbaycanın xarici ticarətdə müsbət saldosu təqribən 23 milyard dollar təşkil edib, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə,  xarici ticarətdə profisit neft və qaz məhsullarının ixracı hesabına təmin edilib.

Cabbarov əlavə edib ki, 2022-ci ilin 10 ayında Azərbaycan qeyri-neft ixracını 16% artırıb.

Bundan əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracının 34,7 milyard dollar təşkil etdiyini açıqlayıb. 

2021-ci ildə Azərbaycanın xarici ticarətdə müsbət saldosu 10 milyard 500 milyon 884,43 min dollar (2020-ci ilin göstəricisindən +3,5 dəfə) təşkil edib.
 
1992-2022-ci illərdə Azərbaycanda sahibkarlıq subyektləri dövlət vəsaiti hesabına 2,8 milyard manat güzəştli kreditlər alıblar. 

Cabbarovun  sözlərinə görə, indiyədək Azərbaycanda güzəştli kreditlər hesabına 179 min iş yeri açılıb.

"Ayrılmış kreditlərin ümumi həcminin 68%-i kənd təsərrüfatı sahəsinə, 32%-i sənaye sahəsinə yönəldilib. Kreditlərin 74%-i ölkənin regionlarında, 26%-i isə Bakıda verilib”, - Cabbarov çərşənbə günü parlamentdə bildirib.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol