• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bankların xarici öhdəlikləri artıb

Azərbaycanda bankların xarici öhdəlikləri artıb
23.12.2022 14:04
Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 30 noyabr 2022-ci il tarixinə 1 milyard 769,3 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 66,4% çoxdur. Bu barədə Mərkəzi Bank məlumat verib. 

2022-ci ilin noyabrında bankların xarici öhdəlikləri 75,6 milyon manat və ya 4,1% azalıb (oktyabrda 37,3 milyon manat artıb).

Mərkəzi Bankın məlumatına görə, noyabrın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 465 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 11,3% çoxdur.

Eyni zamanda, noyabrda xalis xarici aktivlər 189,2 milyon manat və ya 2,9% azalıb (oktyabrda 375,2 milyon manat azalıb).

2021-ci ildə Azərbaycanda bankların xarici öhdəlikləri 12,9% azalıb.

Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar hesabına formalaşır.

Noyabrın sonuna Azərbaycanda 25 bankın fəaliyyət göstərmək üçün lisenziyası olub.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol