• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı artıb

Qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı artıb
16.01.2023 16:45
Qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 2021-ci ilin ilin sonları ilə müqayisədə 979 716  vahid artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
  
"Qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 344 394 vahid artaraq 2023-cü il yanvarın 1-nə 1.746.309 olub”, - məlumatda bildirilib.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 291.435 vahid artaraq 831.357 təşkil edib. Ümumilikdə, bağlanmış əmək müqavilələrinin sayı 1,7 milyondan çox olub.

2021-ci il oktyabrın 1-ə olan məlumata görə, qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 749 569 təşkil edib. 
 
Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə 2019-cu ildə hazırlanan islahatlar paketi hazırlanıb.
 
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar olaraq 8000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi kimi addımlar atılıb. 
 
2019-cu ildə qəbul edilən islahatlar, eyni zamanda, kölgə iqtisadiyyatına qarşı mübarizəyə istiqamətlənib. 

Kölgə iqtisadiyyatı iqtisadiyyatın  cəmiyyət və dövlətdən gizlədilən hissəsi olub, dövlət nəzarətindən və uçotundan kənarda qalır. O iqtisadiyyat müşahidə olunmayan, rəsmi qeydiyyata düşməyən hissəsini əhatə edir, amma onu bütünlüklə zəbt edə bilmir. 
 
Lida

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol