• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın xarici ticarətdə müsbət saldosu 4,5 dəfə azalıb

Azərbaycanın xarici ticarətdə müsbət saldosu 4,5 dəfə azalıb
15.02.2023 23:57
2023-cü ilin yanvarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu 464 milyon 156,16 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə azdır. Bu barədə  Gömrük Komitəsi xəbər verib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 289 milyon 529,4 min dollar (2022-ci ilin yanvar ayı ilə müqayisədə 19% azalıb) təşkil edib. Bununla yanaşı, ixrac 1 milyard 876 milyon 842,78 min dollar (- 1,6 dəfə), idxal 1 milyard 412 milyon 686,62 min dollar ( + 1,4 dəfə) olub.

İxracın strukturunda əsas həcm neft-qaz sektoru məhsullarının (84,84%) payına düşüb.

İdxalın strukturunda ərzaq məhsulları 12,02 faiz, tütün və tütün məmulatları 0,98 faiz, əczaçılıq məhsulları 5,05 faiz, gübrə 0,35 faiz, plastmas və onlardan məmulatlar 2,78 faiz, ağac və ondan məmulatlar 1,98 faiz, geyim və geyim aksesuarları - 1,35%, qara metallar və onlardan məmulatlar - 5,64%, maşın, mexanizmlər, elektrik cihazları, avadanlıq və onlar üçün ehtiyat hissələri - 15,17%, nəqliyyat vasitələri və ehtiyat hissələri - 23,08%, mebel - 0,64%, digər - 30,96% təşkil edib.

Xarici ticarət əməliyyatlarına 4,159 min dövlət və özəl müəssisə, 6,729 min fiziki şəxs cəlb olunub.

Hesabat dövründə Azərbaycan 136 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 32,23%), İsrail (12,64%), Türkiyə (11,69%), Almaniya (5,06%), Hindistan (4,57%), Vyetnam (4,54%), Çexiya ( 4,3%, Rusiya (3,65%), Gürcüstan (3,37%) və Rumıniyanın (3,05%) payına düşür.

Əsas idxal əməliyyatları isə Rusiya (18,96%), Fransa (13,1%), Çin (12,91%), Türkiyə (12,9%), Almaniya (4,64%), Türkmənistan (4,42%), İtaliya (3,38%) ilə həyata keçirib. ), ABŞ (3,02%), Qazaxıstan (2,92%) və İran (2,71%) ilə edilib.

2022-ci ildə Azərbaycanın xarici ticarətdə müsbət saldosu 23 milyard 606 milyon 771,14 min dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,2 dəfə çoxdur.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol