• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslan Əliyevdən əlini üzmüş sakinlər İnam Kərimova ümidlidilər - ŞİKAYƏT

Ruslan Əliyevdən əlini üzmüş sakinlər İnam Kərimova ümidlidilər - ŞİKAYƏT
27.04.2023 15:07
 "Azəriqaz” İstehsalat Birliyi Bakının Yasamal rayonunda yerləşən  Qurban Xəlilov küçəsi, 5 ünvanında yaşayan çoxmərtəbəli yaşayış binasınn sakinlərindən  "işlətmədikləri qazın müqabilində nə az, nə çox 1500 manat pul ödəməyi tələb edir. Bunun binanın sakinləri anews.az-a ünvanladıqları şikayətdə bildiriblər.
 
Sakinlər bildirir ki, "Yasamal-15” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan binanın öz qazanxanası var və qazanxanın qaz sərfiyyatını "Azəriqaz” İB-nin binada quraşdırdığı sayğac hesablayır. Amma bu sayğac 2020-ci ilin may-iyununda sakinlərin işlətdiyindən daha çox qaz sərfiyyatı qeydə alıb.  Nəticədə "Azəriqaz” sakinlərdən əlavə pul ödəməyi tələb edib.
 
Belə ki, göstəriciləri müqayisə etməklə bunu aydın görmək olar:

05.2018 - 3231 m3;
06.2018 - 2545 m3;
iki ay ərzində cəmi: 5776 m3;
 
05.2019 - 3764 m3;
06.2019 - 2793 m3;
iki ay ərzində cəmi: 6557 m3;
 
05.2020 - 4323 m3;
06.2020 - 9992 m3;
iki ay ərzində cəmi: 14315 m3;

 
05.2021 - 2998 m3;
06.2021 - 1658 m3;
iki ay ərzində cəmi: 4656 m3;
 
05.2022 - 4418 m3;
06.2022 - 2152 m3;
iki ay ərzində cəmi: 6569 m3;
 

Amma bu rəqəmlər  "Azəriqaz”İB üçün yetərli olmayıb. Sakinlərin  dəfərlərlə etdikləri müraciətdən sonra "Azəriqaz" İB-nin Yasamal rayon idarəsinin əməkdaşları sayğacı labaratoriya yoxlamasına göndərib və onun yerinə yeni sayğac quraşdırıblar.
 
"Azəriqaz"ın Metrologiya Laboratoriyasında sayğacın yoxlanılması nəticəsində onun nasaz olması və istifadə olunmuş qaz göstəricilərinin real sərfiyyatdan iki dəfədən çox artıq olması bəlli olub. Amma, bunun sübut edilməsinə  baxmayaraq, "Azəriqaz” sakinlərə təqdim etdiyi 1500 manatlıq borcu silməyib və sakinlərə real faktura kəsməyiblər.
 
Sakinlər dəfələrlə "Azəriqaz" sədri Ruslan Əliyevə şəxsən  müraciət etdiklərini də bildirir. Amma müəssisə rəhbəri də onlara yardımçı olmayıb.
 
Son 2022-ci ilin noyabrında Müştərək Cəmiyyət "Azəriqaz"ın baş ofisinin yerləşdiyi ərazi üzrə Bakının Xətai Rayon Məhkəməsinə iddiaərizəsi ilə müraciər edib.
 
Lakin bir ay sonra Kommersiya Məhkəməsinə müraciət etmək təklifi ilə iddianın qəbulundan imtina cavabı gəlib. Sentyabrda Kommersiya Məhkəməsinə müraciət olunub, noyabrın sonlarında bu məhkəmədən Xətai Rayon Məhkəməsinə müraciət edilməli olduğu haqqında cavab gəlib.

Düz 3 ay davam edən get-gəldən sonra 2022-ci ilin dekabrında Müştərək Cəmiyyətin Xətai Rayon Məhkəməsinə təkrar müraciəti nəhayət ki, qəbul olunub və ilk iclas 2023-cü il yanvarın 13-də ilk iclas  təyin edilib.

Hakim Pərviz Zamanlı üç nəticəsiz məhkəmə iclası keçirib, hər iclasda sakinlərin nümayəndəsindən sakinlərin adından danışmaq hüququnu təsdiq edən arayış tələb edib.
 
Sakinlərin sözlərinə görə, martın 9-da keçirilən sonuncu iclasda  iddia ərizəsini qarşısına qoyan hakim sakinlərin nümayəndəsinə  "Siz nə tələb edirsiz?" sualını verəndə isə sakinlərin tamam matı quruyub.
 
Komendantın iddiada "Azəriqaz"ın qaz sərfiyyatını yenidən hesablamağa və real fakturanı təqdim etməyə çağırılması xahişinin yer aldığı barədə cavabı hakimi qane etməyib. "Başa düşmürəm, nə istəyirsiniz, qoy vəkiliniz və ya "Yasamal-15” Müştərək Cəmiyyətinin sədri gəlsin" deyən hakim iclası daha bir ay da  təxirə salıb.
 
Sakinlər deyir ki   "Azəriqaz"ın nümayəndəsi sonuncu iclasdan başqa heç bir iclasa gəlməyib və yay aylarında qazanxana işləmədiyi halda qaz sərfiyyatının necə isitmə mövsümündəki ilə eyni ola biləcəyi haqqında suala cavab verə bilməyib.

Məsələ ilə bağlı "Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyevə müraciət etdik. Məsələni araşdıran qurum sözçüsü bildirdi ki, hazırda iş məhkəmədədir. Məhkəmə nə qərar versə İB  onu "can balka yerinə yetirəcək”.
 
Bir tərəfdən "Azəriqaz" əməkdaşları tərəfindən qanunsuzluq, digər tərəfdən məhkəmə orqanlarının bu qanunsuzluğu açıq şəkildə dəstəkləməsi ilə üzləşdiklərini deyən sakinlər bildiri ki, "Azəriqaz” rəhbərliyində kadr dəyişikliyi olsa da  bu idarənin iş üsulunda heç nə dəyişməyib.
 
İndi onların ümidi Ali Məhkəmə sədri İnam Kərimovadır. Çünki məhkəmə sakinlərin son ümid yeridir.
 
N.Təbrizli 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol