• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan İsrailə xam neft məhsullarının ixracı artıb

Azərbaycandan İsrailə xam neft məhsullarının ixracı artıb
02.05.2023 12:39
2023-cü ilin ilk üç ayında Azərbaycandan İsrailə 445 682,27 min ABŞ dolları dəyərində 710 896,11 ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub. Bu barədə "Vergilər" qəzeti məlumat yayıb.
 
Bu göstəricilər 2022-ci il ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz (117 602,01 min dollar), həcm baxımından isə 36,4 faiz (189 863,96 ton) çoxdur.
 
Təkcə cari ilin martında bu ölkəyə 114 144,44 min dollar dəyərində 181 923,65 ton xam neft məhsulları ixrac edilib ki, bu da fevral ilə müqayisədə dəyər ifadəsində 19 671,64 min dollar (20,8 faiz), həcm olaraq isə 34 891,49 ton (23,7 faiz) çoxdur.
 
2023-cü ildə Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi ən azı 2 dəfə artacaq. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik AZTV-yə müsahibəsində bildirib.
 
O bildirib ki, Azərbaycan və İsrail arasında növbəti addım ikitərəfli və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində olacaq.

2023- cü ilin yanvarın 11-də Prezidentin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu ilin martın 29-da İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olub.
 
2022-ci ildə xarici ticarət dövriyyəsi 46 milyard 633,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 35 milyard 45,6 milyon dollar, idxalın dəyəri 11 milyard 587,6 milyon dollar təşkil edib. Nəticədə 23 milyard 458 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
 
Aytac Zeynalova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol