• $
  • €
  • ₽
  • ₺
  • £

BTC ilə daşınan Qazaxıstan nefti bu ilin sonunadək 1.1 milyon tona çatdırılacaq- NAZİR

BTC ilə daşınan Qazaxıstan nefti bu ilin sonunadək 1.1 milyon tona çatdırılacaq- NAZİR
04.10.2023 15:36
2023-cü ilin aprel-sentyabrında Bakı-Tbilisi-Ceyhan (BTC) sisteminə təxminən 609 min ton Qazaxıstan nefti nəql olunub. Bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 1-ci Enerji Forumunda çıxış edən energetika naziri Pərviz Şahabazov deyib.
 
O bildirib ki, bunun 493 min tonu Ceyhan limanından dünya bazarına göndərilib. İlin sonunadək bu həcm 1.1 milyon tona çatdırılacaq.
 
2024-cü ildə Qazaxıstan neftinin Rusiya ərazisi ilə nəql olunmasına dair müqavilə imzalanıb. Bu barədə Rusiyanın neft nəqledici şirkəti olan "Transneft” məlumat yayıb.
 
Məlumata görə, danışıqlar nəticəsində 2024-cü il üçün Qazaxıstan neftinin Rusiya ərazisindən tranzit daşınması üzrə xidmətlərin göstərilməsi haqqında saziş və "Transneft” ilə Qazaxıstanın neft kəmərlərinin operatoru "Kaztransoil" arasında yenilənmiş əməkdaşlıq memorandumu imzalanıb.

2024-cü ildə nəql üçün müraciətlərin həcmi hələ müəyyən edilməyib, lakin 2023-cü il üçün onlar təxminən 12 milyon ton təşkil edəcək.

Qazaxıstan neftinin bir hissəsi Azərbaycan ərazisi ilə də (Bakı-Tbilisi-Ceyhan kəməri ilə) dünya bazarlarına çatdırılır.
 
Qazaxıstan neftinin BTC boru kəməri ilə nəqli üçün Aktau limanından Bakıya gətirilməsi bu ilin fevralında nəzərdə tutulmuşdu.  Lakin Ceyhan terminalında yükləmə əməliyyatları müvəqqəti olaraq dayandırıldığı  daşınma ləngidimişdi.
 
"Tengizşevroil” (Tengiz yatağının işlənməsi üzrə operator) öz növbəsində Türkiyədə baş vermiş zəlzələnin nəticələrinə görə, ixracın dayandırıldığını bildirmişdi.
 
"Tengiz" yatağından başqa Qazaxıstan Bakıya martın 20-də "Kaşaqan" yatağından da 6,500 min ton neft göndərib ki , o da daha sonra BTC ilə nəql ediləcək. 
 
2023-cü ilin  ilk iki ayında  Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə vurulan neftin həcmi 4 milyon 628,7 min ton təşkil edib ki, bu da 2022-ci ilin yanvar-fevralı ilə müqayisədə 8,2% çoxdur. .

2023-cü ilin yanvar-fevralında Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunmuş neftin ümumi həcminin 76,5 faizi BTC-nin payına düşüb. 

2023-cü ilin yanvar-fevralında BTC ilə vurulan tranzit neft 626,7 min ton (azalma 21,8%) təşkil edib.

2022-ci ildə BTC boru kəməri ilə vurulan neftin həcmi 29 milyon 749,6 min ton (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit neft (artım 41,8%) təşkil edib.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən  neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR nefti nəql edilir. 

BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir ki, bunun 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1076 kilometri Türkiyədən keçir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır.

BTC Co.-nun səhmdarları. bunlardır BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
 
Aytac Zeynalova



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol