• $
  • €
  • ₽
  • ₺
  • £

Doqquz ayda “Şahdəniz” yatağına çəkilən xərclərin həcmi açıqlanıb

Doqquz ayda “Şahdəniz” yatağına çəkilən xərclərin həcmi açıqlanıb
02.11.2023 13:26
2023-cü ilin yanvar-sentyabrında "Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən təxminən 2 milrayd 391 milyon xərc çəkilib. Bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabatda bildirilib.
 
Bildirilir ki, vəsaitin 1 milyard 738 milyon dolları əməliyyat xərcləri,  təxminən 653 milyon dollar isə əsaslı xərclər olub.

"Bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2” layihəsinə aid olub”, - hesabatda qeyd olunur.

Cari ilin doqquz ayında Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə (Bakı-Tbilisi-Ceyhan neft kəməri) və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

"2023-cü ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib”, - hesabatda bildirilir.
 
"Şahdəniz 2” çərçivəsində hasil olunan qaz 2018-ci ilin iyunundan Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac hazırda sabit ən yüksək səviyyəyə çataraq ildə 6 milyard kubmetr təşkil edir. Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam başa çatması ilə "Şahdəniz” qazı Avropaya nəql olunmağa başlanıb.

İstismara veriləndən bu ilin oktyabrın 1-nə qədər "Şahdəniz” yatağından 202,5 milyard kubmetrə yaxın qaz hasil edilib.

Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 143 milyard kubmetr həcmi ixraca nəql edilib.

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.
 
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri "Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

"Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
 
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21,02%).
 
Aytac Zeynalova
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol