• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya 10 ayda Azərbaycandan 8,3 milyard kubmetr qaz alıb

İtaliya 10 ayda Azərbaycandan 8,3 milyard kubmetr qaz alıb
18.12.2023 12:34
2023-cü ilin yanvar-oktyabrında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz ixracı təxminən 8,3 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 4,1% azdır. 

Departamentin məlumatına görə, 2023-cü ilin oktyabrında İtaliya TAP vasitəsilə Azərbaycandan 923 milyon kubmetr qaz alıb (illiklə müqayisədə 2,4% azalma).

TAP boru kəməri Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən qazın "Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.

2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrədək artırıb, Avropaya ixrac 11,4 milyard kubmetr (+39%) təşkil edib.

İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, 2022-ci ildə TAP vasitəsilə İtaliyaya qaz tədarükü 10,3 milyard kubmetr (2021-ci il göstəricisinin +43,1%-i) təşkil edib.  
 
Azərbaycandan 13,253 milyard avro dəyərində (il ərzində 3,9 dəfə artım) təbii qaz idxal edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da 12 milyard kubmetrdən çoxu Avropaya göndəriləcək.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol