• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinə müraciət davam edir

ABB-nin dəstəyi ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinə  müraciət davam edir
18.12.2023 13:02
EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə ölkəmizdə 5-ci dəfə keçirdiyi "EY İlin İş Adamı” müsabiqəsinə artıq 20 iştirakçı müraciət edib. Müsabiqəyə müraciət qəbulu davam edir. İştirak etmək istəyən sahibkarlar ərizələrini 29 dekabra qədər müsabiqə komitəsinə təqdim edə bilərlər. 

"EY İlin İş Adamı” müsabiqəsi 35 ildən çoxdur ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Milli müsabiqənin qalibi 2024-cü ilin martında seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. ABB ilə yanaşı, bp şirkəti və "Veysəloğlu” Şirkətlər Qrupu da müsabiqəyə sponsorluq dəstəyi verir.

Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti,  Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), İctimai televiziya, AmCham Azərbaycanın dərc etdiyi "İmpact” jurnalı, "Finansist jurnalı” və APFM də var. Müsabiqə barədə daha ətraflı buradan öyrənmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol