• $
  • €
  • ₽
  • ₺
  • £

ABB on nominasiyanın onunda da qalib oldu!

ABB on nominasiyanın onunda da qalib oldu!
05.03.2024 22:05
ABB 2023-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 10 mükafatına layiq görülüb.  Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: "Korporativ sosial məsuliyyət”, "Maliyyə savadlılığı dəstəkçisi”, "Təhsil dəstəkçisi”, "Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi”, "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, "Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, "Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, "Özünüməşğulluq proqramında iştirak”.

Qeyd edək ki, "Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi”, eləcə də "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyaları üzrə sektorda yeganə nominant məhz ABB olub.
 
ABB ötən il sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb. ABB əməkdaşları xüsusilə maliyyə sektorunda data texnologiyalarının tətbiqi ilə bağlı mütəmadi maarifləndirici yazılarla çıxıb ediblər. Universal maliyyə qrupu olan ABB 2023-cü ildə investisiya və sığorta məhsullarını ABB mobile tətbiqi üzərindən hər kəsə əlçatan edib. Bankın ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı yaradan "Faydalı keşbek” layihəsi ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılmasına, rəqəmsal müştəri təcrübələrinin formalaşdırılmasına töhfə verib. ABB ötən il real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlar üçün yeni fürsətlər yaradıb. ABB rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələrində, özünüməşğulluq proqramlarında da fəallıq göstərib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol