• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti $8,3 mlrd təşkil edib

Azərbaycanın cari əməliyyatlar hesabının profisiti $8,3 mlrd təşkil edib
29.03.2024 15:21
2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8,3 milyard dollar təşkil edib, bunu Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

"2023-cü ilin yekunlarına görə, cari əməliyyatlar hesabının profisiti 8 milyard 329,4 dollar və ya ÜDM-in 11,5%-ni təşkil edib”, - Nəsirov cümə günü keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 2022-ci illə müqayisədə profisit 64,5% və ya 2,8 dəfə azalıb ki, bu da 2023-cü ildə neft və qazın ucuzlaşması ilə bağlıdır.

Xüsusilə, Mərkəzi Bankın saytında dərc olunan tədiyə balansı məlumatlarına əsasən, 2023-cü ildə neftin orta qiyməti 2022-ci ildəki 103,7 dollar/bara qarşı 85,9 dollar/bar olub.

Neft-qaz sektorunda müsbət saldo 17 milyard 91,5 milyon dollar (azalma 40,4%), qeyri-neft-qaz sektorunda isə kəsir 8 milyard 762,1 milyon dollar (artım 68,9%) təşkil edib.

AMB-nin məlumatına görə, 2023-cü ildə xarici ticarət dövriyyəsinin həcmi 45,6 milyard dollar təşkil edib və Azərbaycanın xarici ticarətində 12 milyard 805,6 milyon dollar (azalma 55,4%) müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsinin həcminin 13,4 faizi MDB ölkələrinin, 86,6 faizi isə qeyri-MDB ölkələrinin payına düşüb.

Həcmi 29 milyard 202,1 milyon dollar (azalma 30,8 faiz) olan ixracın strukturunda neft və qaz ixracı 25 milyard 935 milyon dollar (azalma 34 faiz) təşkil edib. Eyni zamanda, neftin birbaşa ixracı 16,8 milyard dollar, qazın - 8,4 milyard dollar, neft məhsullarının - 0,7 milyard dollar təşkil edib.

Həcmi 16 milyard 396,5 milyon dollar (artım 21,4%) olan idxalın strukturunda 6 milyard 477,3 milyon dolları istehlak malları (o cümlədən 1 milyard 987,1 milyon dolları ərzaq məhsulları) təşkil edib. Hesabat dövründə Azərbaycana avadanlıq və xüsusi malların idxalı 656,2 milyon dollar (artım 11,4 faiz) və ya ümumi idxalın 4 faizini təşkil edib.

2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti neft və qazın yüksək qiymətləri fonunda rekord məbləğdə 23 milyard 478,1 milyon ABŞ dolları (2021-ci il göstəricisindən +2,8 dəfə) və ya ÜDM-in 23,5%-ni təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol