• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Sənaye Sığorta" ötən ili ziyanla başa vurub

"Azərbaycan Sənaye Sığorta" ötən ili ziyanla başa vurub
02.04.2024 11:05
2023-cü ildə "Azərbaycan Sənaye Sığorta"nın xalis mənfəəti 3 milyon 586 min manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 2 milyon 475.5 min manat ziyanla başa vurulub. Bu barədə sığorta şirkətinin maliyyə hesabatlarında bildirilib.

"Azərbaycan Sənaye Sığorta”nın əsas əməliyyat gəlirləri 3 dəfə və ya 28 milyon 833.4 min manat artaraq 43 milyon 586.6 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 14 milyon 753.1 min manat təşkil edib.

Sığorta şirkətinin investisiya gəlirləri 1 milyon 183.8 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 25.9% və ya 243.7 min manat çoxdur.

2023-cü ildə sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 4.8 dəfə artaraq 36 milyon manata, sığorta ödənişləri 6.6 dəfə artaraq 32 milyon 377.7 min manata, işlərin aparılması xərcləri isə 20.4% artaraq 5 milyon 955.6 min manata yüksəlib.
 
Cari ilin 2024-cü ilin yanvarın 1-nə "Azərbaycan Sənaye Sığorta”nın cəmi aktivləri 36% və ya 15 milyon 354.4 min manat azalaraq 27 milyon 165.9 min manata, cəmi öhdəlikləri 2.3 dəfə və ya 18 milyon 940.5 min manat azalaraq 15 milyon 47.4 min manata enib.
 
Azərbaycan Sənaye Sığorta ASC 2016-cı ildə iki beynəlxalq mükafata layiq görülüb, Global Brands Magazine tərəfindən "Best non-life insurance company-Azerbaijan 2016” və Finans Digest Magazine tərəfindən "Brand of Business Excellence-Azerbaijan 2016”.

2017-ci ilin fevralında Azərbaycan Sənaye Sığorta ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən "Şəffaf Vergi Partnyorluğu statusu" əldə edib


Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol