• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymətli kağızlar bazarında keçirilən əməliyyatlar artıb

Qiymətli kağızlar bazarında keçirilən əməliyyatlar artıb
23.07.2024 15:13
2024-cü ilin ilk 6 ayında Azərbaycanın qiymətli kağızlar bazarında keçirilən əməliyyatlar  keçən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq  18 milyard 616,9 milyon manat  təşki edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verib.
 
Nizamlayıcının verdiyi məlumata görə, ilkin iymətli kağızlar bazarında aparılan əməliyyatları həcmi 22,8% artaraq n 4 milyard 280,6 milyon manat, təkrar bazarda keçirilənlərin həcmi isə 2,9 dəfə çoxalaraq  14 milyard 336,3 milyon manat təşkil edib.
 
Hesabat dövründə qiymətli kağızlar bazarında 7 354 əqd bağlanılıb ki, bu da kkeçən ilin 6 ayı ilə müqayisədə 31,7 % çoxdur. Əqdlərin 1 182-i ilkin bazarın, 6172-si isə təkrar bazarın payına düşüb. Bu da uyğun olaraq keçən ilin eyni dövründən 1,8 % az və 41% çoxdur. 

Yanvar-iyunda qiymətli kağızlar bazarında aparılan əməliyyatların 3 milyard 653,5 milyon manatlıq hissəsi və ya 19,6 %-i dövlət qiymətli kağızlarının, 2 milyard 138,3 milyon manatlıq hissəsi və yaxud 11,5 %-i korporativ qiymətli kağızların, 12 milyard 825,1 milyon manatlıq hissəsi və yaxud 68,9 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, əvvəlki ilə nisbətən uyğun olaraq 14,7 %, 53 % və 3,3 dəfə çoxdur.

İl ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 450-si və yaxud 19,7 %-i dövlət qiymətli kağızlarının, 2 018-i və yaxud 27,45 %-i korporativ qiymətli kağızların, 3 886-sı və yaxud 52,85 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 3,1 %, 10,6 % və 65,4 % çoxdur.
 
N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol