• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın “Əjdaha” lotereyasının ilk qalibləri məlum oldu

Unibankın “Əjdaha” lotereyasının ilk qalibləri məlum oldu
02.09.2024 17:51
Unibank müştəriləri tərəfindən böyük maraqla qarşılanan "Əjdaha” lotereyasının birinci tirajının qalibləri məlum olub. Xəzər TV canlı efirində xüsusi kompüter proqramı vasitəsilə 252 qalib seçilib. Lotereyanın şərtlərinə görə, 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.


Onminlərlə Unibank müştərisinin qatıldığı birinci tirajda iyulun 20-dən avqustun 20-dək Unibank kartları ilə 50 manat və yuxarı ödəniş edərək, azı 5 şansı olan müştərilər iştirak edib. Lotereyanın ilk tirajının əsas mükafatı olan Toyota Corolla Cross avtomobillərini hərəsi 121 və 107 sayda şansları olan Unibank müştəriləri qazanıb. iPhone 15 Pro qazanan qaliblər də fərqli şanslarla qaliblər siyahısına düşüblər. 1500 şansla da, 15 şansla da bu dəyərli mükafatı qazanan var. "Əjdaha” lotereyasının birinci tirajında 240 Unibank müştərisi ümumilikdə 50 min manat pul mükafatı qazanıblar. 
İkinci tiraja avqustun 21-dən sentyabrın  20-dək Unibank kartı ilə edilən ödənişlər daxildir. İkinci tiraj müddətində minimum 50 manatlıq ödəniş etməklə, birinci tirajda qazandığınız şansları da cəmləyərək, qalibiyyət şansınızı daha da artırmış olacaqsınız.


İkinci tiraj müddətində Bravoda etdiyiniz hər 10 manat sizə 3 şans qazandırır. Bolt Food-da etdiyiniz hər 10 manat sizə 3 şans verir. Eləcə də xaricdə Unibank kartı ilə xərclədiyiniz hər 10 manat, yaxud bu məbləğin ekvivalenti,  xarici saytlarda etdiyiniz hər 10 manatlıq ödəniş sizə 1 deyil 3 şans qazandıracaq. 


İkinci tirajın qalibləri də sentyabrın sonunda Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə  təsadüfi seçmə üsulu ilə seçiləcək. 
Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, səkkiz ədəd Toyota Corolla Cross avtomobilindən,  50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də "Əjdaha” lotereyasının iştirakçısı olun!


Sadəcə ödənişlərinizi Unibank kartları ilə edirsiniz və möhtəşəm hədiyyələr qazanırsınız.
Dekabrın 20-dək davam edəcək lotereya çərçivəsində Unibank müştəriləri ümumilikdə 1300-ə yaxın hədiyyə qazanacaq.


Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz. 


Unibank kartınla xərclə və "Əjdaha” lotereyasında iştirak et!


Unibank -Sənin Bankın! 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol